vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
ABŞ müharibəyə qoşulur? 17:07 | 17 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 30 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ müharibəyə qoşulur?

Vaşinqton çoxdan axtardığı imkanı əldə edib

TOMRİS

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın İrana qarşı hərbi əməliyyata qoşulacağı barədə məlumatlar yayılır.

Bu məlumatlar inandırıcı görünür, çünki “İran problemi”in həlli üçün çoxdan axtarılan fürsət əldə edilib. İsrail İranın hərbsizləşdirilməsi və nüvəsizləşdirilməsinə nail olmadan dayanmaq niyyətində deyil. Lakin İran strateji dərinliyi olan, ərazicə böyük dövlətdir, hərbi obyektləri dislokativ baxımdan əks-mərkəzləşdirilib. Bu səbəblərdən İsrail ABŞ-ın aktiv dəstəyi olmadan qarşısına qoyduğu məqsədlərə qısa müddətdə nail ola bilməz, uzanan müharibəyə isə hərbi potensialı yetməz.

Xüsusən Qum yaxınlığında, yerin altında yerləşən Fordo nüvə zənginləşdirmə mərkəzini sıradan çıxarmaq üçün ABŞ-ın strateji bombardmançılarına və bunker dələn bombalarına ehtiyac var.

Unutmaq olmaz ki, Tramp ilk prezidentliyi dövründə nüvə razılaşmasından çıxmaqla bugünkü vəziyyətə zəmin hazırlamış adamdır. Obamanın müəlliflik etdiyi anlaşma İranın nüvə proqramına son qoymurdu, raket proqramını isə ümumiyyətlə əhatə etmirdi. Bu səbəbdən İsrail dövlətinin, İsrail lobbilərinin və respublikaçılar daxilindəki xristian-yəhudi çevrələrin basqısı ilə Tramp o sazişdən birtərəfli qaydada çıxaraq hərbi varianta yol açmış oldu.