İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:54 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 254 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrailin baş naziri Benyamin Netanyahu iyunun 13-də İrana qarşı başlanan irimiqyaslı hücumlardan sonra ilk dəfə kameralar qarşısında açıqlamalar verib.
Mətbuat konfransında çıxış edən Netanyahu, İranın dini lideri Ayətullah Əli Xameneiyə qarşı mümkün sui-qəsdin qapısını açıq qoyaraq, “Planlarımızı ictimaiyyətlə paylaşmayacağam, amma nə lazımdırsa edəcəyik”, – deyib.
İsrailin İran üzərində hava üstünlüyünü vurğulayan Netanyahu, “Biz Tehranın səmasına nəzarət edirik. Tehrana hava yolu çəkmişik”, – dedi. O, bildirib ki, İran paytaxtı tez-tez döyüş təyyarələri tərəfindən bombalanır.
İranın hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirildiyini iddia edən Netanyahu, bir çox pilotsuz uçuş aparatının və mühüm radar sisteminin İsrail tərəfindən məhv edildiyini açıqlayıb.
***
İsrail ordusunun hücumlarının hərbi qərargahları, ballistik raket istehsal müəssisələrini və raket qurğularını, eləcə də İran Radio və Televiziya Korporasiyası (IRİB) kimi mülki infrastrukturu hədəf aldığını qeyd edən Netanyahu, indiyədək 10 iranlı nüvə aliminin öldürüldüyünü və hədəf siyahılarında daha bir neçə şəxsin olduğunu bildirib.
“Nüvə hədəflərini sistematik şəkildə məhv edirik”, – deyən Netanyahu, Natanz Nüvə Obyektinə də ağır hücum həyata keçirdiklərini bildirdi.
***
Netanyahu ABŞ prezidenti Donald Trampla daimi təmasda olduqlarını bildirib və verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür edib.
İsrailin 13 iyunda başlatdığı hücumlarda İranda bir çox nüvə obyekti və hərbi obyektlər bombalanıb. Bu hücumlarda İranın Baş Qərargah rəisi, SEPAH Baş Komandanı, çoxlu yüksək səviyyəli rəsmilər və 10 nüvə alimi həyatını itirib. İran mənbələri mülki vətəndaşların sayının 224 olduğunu açıqlayıb.
İranın İsrailə qarşı ballistik raket zərbələri nəticəsində 24 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.