Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:27 | 12 iyun 2025 | Cümə axşamı
Məqaləyə 355 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Danimarka parlamenti ABŞ-ın bu ölkədə hərbi baza qurmasına yol açan müdafiə sazişini təsdiqləyib. Trampın Qrenlandiyanı “nəzarət altına almaq” istəyi ilə yaranan gərginlikdən sonra səsverməyə çıxarılan razılaşma, tənqidlərə baxmayaraq, parlamentdə böyük əksəriyyət tərəfindən bəyənilib.
ABŞ prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl 2023-cü ildə iki ölkə arasında imzalanan “Müdafiə sahəsində əməkdaşlıq sazişi” parlamentdə səsverməyə çıxarılıb. Trampın Qrenlandiyanı “nəzarət altına almaq” istəyi ilə yaranan gərginlikdən sonra səsverməyə çıxarılan razılaşma, tənqidlərə baxmayaraq, parlamentdə böyük əksəriyyət tərəfindən bəyənilib. Bəzi üzvlərin “ölkəyə zərərli” olduğu üçün tənqid etdiyi bu razılaşma ABŞ-a hərbi baza qurmağa, qoşun yerləşdirməyə və Danimarka torpaqlarında hərbi texnika saxlamağa imkan verir.
***
Seçildikdən və vəzifəyə gəldikdən sonra Tramp dəfələrlə Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması lazım olduğunu bəyan edərək, adaya sahiblik və nəzarətə sahib olmağın “tamamilə zəruri” olduğunu bildirib.
Mart ayında Konqresdə çıxış edən Tramp, “Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün kritik əhəmiyyətə malikdir. Biz bunu təmin etmək üçün bütün tərəflərlə işləyirik. Bu və ya digər şəkildə bunu əldə edəcəyik”, – deyib.
ABŞ prezidenti iddia edib ki, Amerikanın Qrenlandiyaya sahib olması “azad dünyanı müdafiə etmək” üçün zəruridir.
Trampın sözləri bir çox qrupların, xüsusən də Qrenlandiya rəsmilərinin qəzəbinə səbəb olmuşdu.
Qrenlandiyanın o zamankı baş naziri Mute Bourup Egede, “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik”, – demişdi.
Danimarka Krallığının tabeliyində olan Farer adalarının iki muxtar bölgəsindən biri olan Qrenlandiya, bağlı olduğu Danimarkadan 2900 kilometr aralıda yerləşir.