3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
11:57 | 12 iyun 2025 | Cümə axşamı
Məqaləyə 114 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Ermənistanla Azərbaycan arasında sülh danışıqları fonunda ərazi mübadiləsi mövzusu yenidən gündəmə gəlib. Ermənistanın “Hraparak” nəşri bu barədə səs-küyə səbəb olan yeni iddialar irəli sürüb.
Nəşrin məlumatına görə, yaxın zamanda Ermənistan təxminən 180 kvadrat kilometr ərazini Azərbaycana verməyə hazırlaşır. Əvəzində isə yalnız 25 kvadrat kilometr sahəni geri alacaq. Bu qeyri-bərabər dəyişiklik ictimaiyyətdə ciddi narahatlıq doğurub.
Diqqətçəkən məqamlardan biri isə Delimitasiya Komissiyasının bu prosesə cəlb olunmamasıdır – komissiyanın rəhbəri Mher Qriqoryan ümumiyyətlə danışıqlarda iştirak etməyib.
“Hraparak”ın dərc etdiyi xəritələrə əsasən, sərhəd boyunca Azərbaycan tərəfinin irəliləyişi müşahidə olunur. Bəzi hallarda isə sərhəd xətti Ermənistanın iç bölgələrinə qədər uzanır. Nəşr yazır ki, Tavuşdan Sünikə qədər olan sahələrdə Ermənistan əhəmiyyətli dərəcədə ərazi itirir, Azərbaycan isə mövqe üstünlüyü qazanır.
Maraqlıdır ki, bu mərhələdə anklav və eksklav məsələləri danışıqlara daxil edilməyib – onlar gələcək raundlara saxlanılıb.
Bu informasiyalar hələlik rəsmi təsdiqini tapmasa da, regiondakı gərgin fonu nəzərə alaraq, bu cür xəbərlər həm Ermənistanda, həm də Azərbaycanda diqqətlə izlənir. Sərhəd dəyişikliyinin əsl mahiyyəti və nəticələri isə yalnız rəsmi sənədlər ortaya çıxdıqda aydın olacaq.