İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:48 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 211 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Hər şey çox az proqnozlaşdırılan ssenari ilə getmək üzrədir. ABŞ İranda rejimin dəyişdirilməsinə, ən əsas “Ayətullah sisteminin” sona çatdırılmasına hədəflənib. Çox az kəsim bir ay öncə belə ehtimalın olacağını proqnozlaşdırırdı, amma görünür bu baş verəcək. Sistem nə qədər buna dözəcək bunu zaman göstərəcək, amma görünür tərəflərin qərarı artıq qətidir.
Xameneyi gedəcək bu şəksizdir... amma məsələ burasındadır ki, bunun sistem qarışıq və ya yalnız əsas fiqurun təkcə getməsi ilə baş verəcəyi önəmlidir.
Bütün ssenari haradasa 2019-cu il Rusiyada baş verənlərə uyğundur. O dövrdə Rusiyanı gənclərin etirazları bürümüşdü. Sistem dözdü, mərhələli şəkildə etirazları yatırdı, vəziyyəti cilovlaya bildi. Hətta Belarusa keçən prosesə belə “uğurla” müdaxilə etdi. Hamı bilirdi ki, etirazçıların məğlubiyyəti Kremlin “mükafatlandırılması” ilə nəticələnəcək və 3 il sonra Ukraynada qanlı müharibə başladı. Bu da sistemin özünə bir növ bəraəti idi.
Eynilə bu cür etirazlar İranda da yaşandı. Mahsi Amininin qətli izdihamlı xalq kütləsinin etirazları ilə qarşılandı, sistem çətinliklə də olsa vəziyyəti cilovladı. Amma xalqı “mükafatlandırmağın” zamanı idi. Bunun üçün eynilə Rusiyadakı kimi siyasi ritorika “sərtləşdirildi”, təbliğat maşını dayanmadan düşmən axtarışına çıxdı. Hər ikisindəki kimi də “düşmən” heç də uzaqda deyil, necə deyərlər “qulağının dibində” idi.
Bu gün hər 2 ölkədə yaşananlara daxili prizmadan baxıb, daxildə baş verənlərin kontekstindən yanaşaraq ən azı özündən 3 il öncə baş verənlərin bugünkü proseslərdə də payı az deyil.
Bir sözlə həmişə inqilablar müharibə gətirmir, bəzən, xüsusilə müasir dövrdə inqilaba gedən yolda etirazçıların məğlubiyyəti də müharibələr gətirir, daha doğrusu sistem özü onları “mükafatlandırır”.