İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
17:53 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 147 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İsrailin hücumlarında ən yaxın komandirlərini itirən İranın dini lideri Ayətullah Xameneyinin qərarvermə proseslərində təcrid olunduğu iddia edilib. Rejimin hərbi və təhlükəsizlik strukturunda böyük boşluqlar yaransa da, İran mənbələri strateji səhvlər riskinə diqqət çəkir.
İsrailin ötən həftə başlatdığı hava zərbələri İranın ən kritik hərbi və kəşfiyyat kadrlarını hədəf alıb. İnqilab Keşikçiləri Komandiri (SEPAH) Hüseyn Səlami, ballistik raket proqramının rəhbəri Əmir Əli Hacızadə və kəşfiyyat rəhbəri Məhəmməd Kazıminin öldürülməsinin fars-molla rejimi liderinin yaxın çevrəsində dərin boşluq yaratdığı deyilir.
“Reuters”ə danışan Xameneyinin qərar qəbul etmə proseslərinə yaxın olan beş mənbə bildirib ki, liderin ətrafındakı dar məsləhətçi heyətin böyük ölçüdə dağılıb və bu, ciddi strateji səhvlərə yol aça bilər.
Xameneyi konstitusiyaya görə silahlı qüvvələrin baş komandanıdır və müharibə elan etmək səlahiyyətinə malikdir. Lakin onun qərarlarını adətən 15-20 nəfərlik məsləhətçi qrupu ilə verdiyi bildirilir.
Bu qrupa hərbçilər, mollalar və siyasi xadimlər daxildir.
Mənbələrin bildirdiyinə görə, bu struktur böhran zamanı Tehrandakı rəhbərlik iqamətgahına çağırılır və qərar qəbulu proseslərinə daxil edilir. Bu üzvlərin ümumi xüsusiyyəti rejim ideologiyasına mütləq sədaqətdir.
***
Xameneyinin oğlu Müctəba son 20 ildə dövlət işlərində getdikcə mərkəzi rolu öz üzərinə götürüb. Mənbələr onun həm siyasi, həm də təhlükəsizlik qurumları ilə sıx əlaqələr qurduğunu və atasının mümkün varisi kimi göründüyünü bildirir.
Hərbi kadrlar zəifləsə də, Xameneyinin siyasi müşavirləri hələ də fəaliyyətdədir. Keçmiş xarici işlər nazirləri Əli Əkbər Vilayəti, Kamal Hərrazi, parlamentin keçmiş spikeri Əli Laricani və Xameneyinin ofis meneceri Məhəmməd Qolpayeqaninin daxil olduğu komanda, xüsusilə nüvə sazişi və diplomatik məsələlərlə bağlı qərarların qəbulu proseslərində təsirli olmağa davam edir.
Bununla belə, SEPAH komandanlığı kimi rejimin onurğa sütununu təşkil edən strukturlardakı itkilər daxili təhlükəsizlikdən tutmuş regional strategiyaya qədər bir çox sahədə İranın təsirini zəiflədir. SEPAH birbaşa Xameneyiyə tabe olduğundan, bu itkilər həm də rəhbərliyin nəzarətini pozur.