Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:10 | 12 iyun 2025 | Cümə axşamı
Məqaləyə 257 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Avropada yeni enerji qərarı qüvvəyə minir
ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq son vaxtlar müdafiə səylərindəki artımı və Avropalı müttəfiqlərin Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun Vaşinqtonda da müzakirə edildiyini deyib.
***
Kelloq Almaniya Marşal Fondunun Brüsseldə təşkil etdiyi paneldə çıxış edib. Sülh danışıqları ilə bağlı son vəziyyətlə bağlı qiymətləndirmələrini bölüşən Kelloq Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyini yüksək qiymətləndirib: “Prezident Zelenski öz torpağında yaşaması üçün mübarizə aparır və Abraham Linkoln da belə etdi. Bunu görəndə, onların yerdə üzləşdiyi problemləri qiymətləndirməlisən. Düşünürəm ki, bəzən biz bunu görmürük. Biz özümüzü onların yerinə qoymuruq. Biz bunu həqiqətən də etməyə çalışmışıq və bir neçə aydır Ər-Riyad, Paris, İstanbulda, Londonda və və yenidən İstanbulda görüşdük”.
Kelloq prezident Trampın vəzifəyə başlayarkən müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı bəyanatını xatırladaraq zarafatla, “O, 24 saat dedi, amma bunun hansı ay olacağını heç vaxt demədi”, – deyib.
“Biz harada olduğumuzdan olduqca rahatıq. Son nəticənin necə olacağını bilirik. Əgər oraya çata bilsək, sülh razılaşması əldə edə bilərik”, – Kelloq deyib.
Kelloq bu məqamı “hərtərəfli atəşkəs” kimi qiymətləndirib. “Biz təkcə ukraynalılar üçün deyil, həm də uzunmüddətli perspektivdə Avropa üçün davamlı atəşkəs istəyirik. Biz rusları əvvəlki yerə qaytarmağa çalışırıq. Biz uzunmüddətli perspektivdə davamlı bir şey əldə etmək istəyirik, biz üç, dörd və ya beş ildən sonra başqa bir müharibə görmək istəmirik”, – deyib.
***
Avropa ölkələrinin əvvəlki illərlə müqayisədə müdafiə səylərini artırdığını qeyd edən Kelloq, “Avropa ölkələri həqiqətən də irəlilədilər. Dörd il əvvəlkindən fərqli bir Avropa var. Son vaxtlar (Böyük Britaniya, Almaniya və Fransanın) sülh səyləri ilə bağlı gördükləri işlər, həqiqətən, çox yaxşı idi. Onlar həqiqətən Ukraynaya dəstək üçün addım atdılar və bu, həqiqətən də təqdir olundu və hətta diqqət çəkdi. Düşünürəm ki, müdafiə nazirimiz Pit Hegset dünən bu sualı verildi və məncə o, Avropanın bu addımı ilə razılaşdı. Prezident Tramp üçün danışmıram, amma onun intusiyalarının həqiqətən yaxşı olduğunu bilirəm”.