vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
Strateji ağılla və səbrlə yanaşmaq 14:40 | 17 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Strateji ağılla və səbrlə yanaşmaq

Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil

Tağı KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son onilliklərdə Yaxın Şərqdə və Cənubi Qafqazda baş verən hadisələr səthi baxışda xaotik və əlaqəsiz görünə bilər. Lakin geosiyasi proseslərin arxa planına diqqətlə baxdıqda, bölgədə məqsədyönlü şəkildə yeni bir güc balansının yaradıldığını görmək mümkündür. Bu düzənin qurulmasında əsas rollardan birini Türkiyə və İsrail oynayır. Bəziləri bu iki dövləti bir-birinə zidd qüvvələr kimi təqdim etsə də, əslində onlar eyni oyunun paralel və tamamlayıcı tərəfləridir. Bu oyunun hədəfində isə İran var. Onun zəiflədilməsi və parçalanması həm Yaxın Şərqin sabitliyi, həm də Türk dünyasının gələcəyi üçün əsas şərt sayılır.

İran bölgədə qeyri-sabitliyin əsas mənbələrindən biridir. Tehran rejimi Livandan Yəmənə qədər bir şiə dəhlizi formalaşdıraraq həm İsrail, həm də Türkiyəyə qarşı geosiyasi təzyiq mühiti yaradır. Bunun qarşısını almaq üçün bölgədə güclü liderlik və dəqiq diplomatik balans tələb olunur. Məhz bu nöqtədə İlham Əliyevin strateji baxışı və liderliyi ön plana çıxır.

İlham Əliyev yalnız Qarabağ məsələsində deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlərində tamamilə yeni bir dövrün təməlini qoyub. O, balanslı, lakin cəsarətli xarici siyasət apararaq həm Türkiyə, həm də İsrail ilə güclü müttəfiqlik qurub. Bu müttəfiqlik təkcə hərbi və təhlükəsizlik sahəsində deyil, eyni zamanda texnologiya, enerji, kəşfiyyat və diplomatiya sferalarında da özünü göstərir. Azərbaycan-İsrail münasibətləri bir çoxlarına təəccüblü görünsə də, bu, bölgədə yeni nizamın qurulması baxımından həyati əhəmiyyət daşıyır.

İsrail üçün Azərbaycan etibarlı və strateji tərəfdaşdır. Bu əməkdaşlıq sayəsində İsrail İranın arxa qapısında mühüm bir mövqeyə sahibdir. Eyni zamanda Azərbaycan da İsraildən yüksək texnologiya, hərbi innovasiya və diplomatik dəstək alaraq öz təhlükəsizlik sistemini müasirləşdirir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq təkcə regional deyil, qlobal səviyyədə təsir gücünə sahib bir aktora çevrilib. Bu güc yalnız enerji ehtiyatları ilə deyil, həm də ağıllı və çevik diplomatiya ilə formalaşıb.

Bu strateji üçbucağın – Türkiyə, Azərbaycan və İsrail – ortaq hədəflərindən biri də İranın daxilindəki etnik və siyasi dinamikanın yeni mərhələyə keçməsidir. Burada xüsusilə Güney Azərbaycanın rolu getdikcə artmaqdadır. Bu bölgədə 35–40 milyon arasında azərbaycanlı türkün yaşaması artıq Tehran rejiminin daxili zəif nöqtəsinə çevrilib. Əgər İran zəifləyərsə – ki, bu proses artıq sürətlənməkdədir – Güney Azərbaycan məsələsi gündəmin ön sırasına çıxacaq.

İlham Əliyev bu məsələni heç vaxt emosional populizmlə deyil, strateji ağılla və səbrlə yanaşıb. Onun rəhbərliyi altında Azərbaycan həm tarixi ədalətin bərpası, həm də milli maraqların qorunması baxımından önəmli mövqelər əldə edib. Qarabağın azadlığı buna parlaq nümunədir. Vaxtilə qeyri-mümkün görünən bu qələbə İlham Əliyevin diplomatik çevikliyi, ordunun modernləşməsi və düzgün müttəfiqlik siyasətinin nəticəsi idi. Bu gün eyni yanaşma ilə Güney Azərbaycan məsələsi də tarix səhnəsinə qayıtmaq üzrədir.

Suriya artıq faktiki olaraq bölünüb, İraqın gələcəyi isə qeyri-müəyyəndir. İranın zəiflədilməsi yalnız xarici təzyiqlə deyil, həm də daxili faktorlarla baş verəcək. Bu kontekstdə Güney Azərbaycanın milli oyanışı, diaspor təşkilatlarının aktivliyi və dünya ictimaiyyətində getdikcə artan diqqət həlledici rol oynayacaq.

Əgər bu plan ardıcıl şəkildə həyata keçərsə, bölgədə yeni bir düzən formalaşacaq. Türkiyə ərəb dünyasında lider mövqeyini gücləndirəcək, İsrail təhlükəsizlik baxımından daha sabit mühit əldə edəcək, Azərbaycan isə Türk dünyasının mərkəzi oyunçusuna çevriləcək. Bütün bu proseslərdə İlham Əliyevin liderliyi və Azərbaycan-İsrail müttəfiqliyi əsas sütunlardan biri olaraq qalacaq.

Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil. O, bölgədəki yeni geosiyasi oyunun mərkəzində yer alır. Bu oyun isə ağıllı, strateji və cəsarətli liderlik tələb edir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu rola tam hazır görünür.