İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:11 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 392 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrailin hava hücumlarının İrana təsiri peyk görüntüləri ilə üzə çıxıb. Raket bazalarından nüvə obyektlərinə, radar istehsal fabriklərinə, hava limanlarına qədər bir çox strateji hədəfin məhv edildiyi görünür.
***
Peyk görüntüləri İsrailin İrandakı hərbi və nüvə obyektlərinə hücumlarının vurduğu ziyanı üzə çıxarıb. Peyk şirkətləri Maxar və Planet Labs tərəfindən təqdim edilən yüksək keyfiyyətli görüntülərdə dağıntıların miqyasını məlum olub.
Görüntülər Tehranın cənubunda, Natanz şəhəri yaxınlığında yerləşən mühüm uranın zənginləşdirilməsi obyektlərindən birinə dəyən ziyanı ətraflı şəkildə göstərir.
Təhlillər göstərir ki, obyektin şimal-qərb hissəsində yerləşən bir neçə bina dağılıb.
2003-cü ildəki eyni ərazidən olan şəkillər eyni yerdə böyük tikililəri göstərir – onların bu gün xarabazarlığa çevrildiyi görünür.

İsrail ordusunun rəsmisi iyunun 14-də günü “Reuters” agentliyinə bildirib ki, Natanz Nüvə Müəssisəsi əhəmiyyətli dərəcədə dağılıb.
***
İranın qərbindəki Kirmanşah əyaləti yaxınlığında İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus raket bazasına ciddi ziyan dəyib.
İyunun 15-də çəkilmiş görüntülər obyektdəki bir neçə binanın hədəfə alındığını, bəzilərinin isə tamamilə dağıldığını göstərir.

Dağıntılar ərazinin geniş ərazisinə yayılıb. Dağ yamacında qazılmış iki tunel girişi də zədələnib və bu ərazilərin hücumlardan qorunmaq üçün həssas avadanlıqları gizlətmək üçün istifadə olunduğu ehtimal edilir.
İran öz ballistik raketlərini ölkənin hər yerində dərin yeraltı tunellərdə saxlayır.

Yaxın Şərq üzrə ekspert Ceremi Binninin sözlərinə görə, hədəfə alınan strukturlar arasında raket buraxılış qurğuları və raketlər, eləcə də kazarmalar ola bilər.
Bu, İranın cavab qabiliyyətini azaltmaq üçün raket sistemlərindən istifadə edəcək personalı hədəfə almaq cəhdinə işarə edir.
***
Hücumlar təkcə nüvə obyektləri ilə məhdudlaşmır.
İranın paytaxtı Tehranda Bid Kane yaxınlığında yerləşən raket istehsalı müəssisəsinin bəzi hissələrinə külli miqdarda ziyan dəyib.
Obyektdəki bəzi binaların birbaşa hücuma məruz qaldığına dair sübutlar var. Damlarında böyük, enli deşiklər olan strukturlar peyk görüntülərində aydın görünürdü.

“Reuters”in araşdırmasına görə, sözügedən obyekt ölkənin ən mühüm ballistik raket obyektlərindən biridir.
Bid Kaneh obyektinə ilk dəfə hücuma məruz qalmır. 2011-ci ildə baş verən böyük partlayışda İranın raket proqramında iştirak etdiyi güman edilən çoxlu sayda işçinin həlak olduğu bildirilir.
O zaman İran rəsmiləri hadisəni qəza kimi qiymətləndirsələr də, təxribat ehtimalı ilə bağlı fərziyyələr də var idi.

Yanan obyektin “Shiraz Electronics Industries” şirkətinə məxsus istehsal müəssisəsi olduğu bildirilir.
İranın nüvə və raket proqramlarını izləyən “Iran Watch” internet saytına görə, şirkət İran ordusu üçün elektron sistemlər, xüsusilə də kritik radar sistemləri istehsal edirdi.
Şirkət bir sıra Qərb ölkələri, o cümlədən Avstraliya tərəfindən sanksiya siyahısına salınıb.
Peyk görüntüləri obyektdən qalın tüstünün qalxdığını və strukturlara ciddi ziyan vurduğunu göstərir.
***

Təbrizdəki beynəlxalq hava limanına ciddi ziyan dəyib. Əsas uçuş-enmə zolağının ortasında böyük qaralmış sahə aydın görünür.
Taksi yollarının da oxşar şəkildə vurulduğu görünür. Ekspertlər qeyd edirlər ki, ərazidə hərbi təyyarələrin sığınacaqları var.
Aeroportun hazırda fəaliyyət göstərib-göstərməməsi hələ də qeyri-müəyyən olaraq qalır.