
Doha əməliyyatının sirri
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
12 günlük müharibədən sonra Tehran üstün xüsusiyyətlərə malik raketləri olduğunu deyib
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Yarım milyardlıq layihənin 135 milyonunu Berlin ödəyib
İsrailli nazir Xameneyiyə sui-qəsd hədəsini təkrarladı
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Yardım Agentliyi (GHF) bildirib ki, “HƏMAS” terrorçularının çərşənbə günü gecə Xan Yunus şəhəri yaxınlığındakı yardımı daşıyan avtobusa “vəhşicəsinə hücumu” nəticəsində ən azı 5 nəfər fələstinli işçi həlak olub.
“Ən azı beş ölü, çoxlu yaralı var və biz qorxuruq ki, komanda üzvlərimizdən bəziləri girov götürülə bilər”, – GHF-nin bəyanatında deyilir.
“Biz bu mənfur və düşünülmüş hücumu mümkün olan ən sərt şəkildə qınayırıq. Bunlar yardım işçiləri idi. Bu humanitar işçilər hər gün başqalarına kömək etmək üçün həyatlarını riskə atan atalar, qardaşlar, oğullar və dostlardır”, – GHF bildirib.
İsrail Xarici İşlər Nazirliyinin “X”də verdiyi bəyanatda deyilir: “Həmas Qəzzada dinc əhalini silahlandırır, onlara qidaya imkan vermir, xilasediciləri hədəfə alır və öz xalqına əzab verir”.
ABŞ prezidenti Donald Trampın yevangelist xristian müşaviri və bu yaxınlarda GHF-nin rəhbəri təyin edilmiş keşiş Conni Mur qətlləri “mütləq şər” kimi səciyyələndirdi və onları qınamaqda aciz olduqlarına görə BMT və Qərb ölkələrini tənqid atəşinə tutdu.
“Neytrallıq prinsipi neytrallıq demək deyil. Bu dünyada yaxşı və pis var. Bizim etdiyimiz yaxşılıqdır, “HƏMAS”ın Qəzza xalqına etdiyi isə tamamilə pisdir”, – Mur yazıb.
İsrail və ABŞ deyirlər ki, “HƏMAS”ın Qəzzanın bütün hissələrinə qida, yanacaq və digər humanitar yardımlar çatdıran BMT-nin uzunmüddətli paylama proqramından yardımı ələ keçirməsinin qarşısını almaq üçün yeni sistem lazımdır.
BMT rəsmiləri yardımın “HƏMAS” tərəfindən sistematik şəkildə yayındırıldığını inkar edir, əvəzində İsrailin məhdudiyyətləri və Qəzzada asayişin pozulması səbəbindən yardım çatdırmaqda çətinlik çəkdiklərini bildirir.
Dünən səhər saatlarında qətllər “HƏMAS”ın talanlarla mübarizə üçün qurduğunu iddia etdiyi polis bölməsi tərəfindən həyata keçirilib.
Bölmə küçədə uzanan bir neçə ölü adamı əks etdirən videogörüntülər yayıb və bildirib ki, onlar İsraillə əməkdaşlıq etdikləri üçün saxlanılıb öldürülən Əbu Şabab yaraqlılarıdır.
Görüntüləri və ya bununla bağlı irəli sürülən iddiaları yoxlamaq mümkün olmayıb.
Əbu Şabab rəsmiləri görüntülərdə cəsədlərin onların yaraqlılarına aid olduğunu təkzib ediblər.
May ayının sonlarında fəaliyyətə başlayan GHF, fəaliyyətinin ilk həftəsində 7 milyondan çox ərzaq payladığını söyləyib.