Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:46 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 248 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın ticarət naziri Lutnik 68 mindən çox insanın sərmayə müqabilində yaşayış hüququnun verilməsini nəzərdə tutan “Qızıl kart”la maraqlandığını bildirib.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın ictimaiyyət arasında “Qızıl kart” kimi tanınan və 5 milyon dollarlıq sərmayə müqabilində ABŞ-da qanuni yaşayış hüququnun verilməsini nəzərdə tutan proqramına 70 minə yaxın adam müraciət edib. Bildirilib ki, kartı almaq üçün növbə siyahısında 68 703 nəfər var.
“Financial Times”a (FT) görə, ABŞ-ın ticarət naziri Hovard Lutnik və onun nazirliyi proqramla maraqlananların qeydiyyatdan keçməsi üçün keçən həftə “trumpcard.gov” saytını açıb. İstifadəçilərdən əsas əlaqə məlumatlarını, adlarını, e-poçt ünvanlarını və yaşadıqları dünyanın hissəsi haqqında məlumatları paylaşmaları istənilib.
Lutnik bazar ertəsi səhər elan etdi ki, gözləmə siyahısında 67 697 nəfər var. Bir saat ərzində bu rəqəm 68 703-ə yüksəldi.
***
ABŞ Ticarət Naziri qəzetə deyib ki, "Kart qızıldan olacaq. Gözəl olacaq... Donald Tramp bu cür şeyi yüksək qiymətləndirir. O, necə göründüyünə əhəmiyyət verir. Necə hiss etdiyinə əhəmiyyət verir. Deməli, bu məsələyə çox əhəmiyyət verir; düşünür ki, əgər bunu alacaqsansa, Amerikada bu investisiyanı edəcəksənsə, sənə gözəl bir şey verməliyik".
Lutnik izah edib ki, viza ideyası Trampa ianə verən milyarderlərdən biri Con Paulsondan gəlib.
Məsələ ilə bağlı məlumatlı mənbələrin verdiyi məlumata görə, ABŞ Ticarət Departamenti yay boyu on minlərlə “kozır” çap etməyi planlaşdırır. Lutnik 200 min vizanın ABŞ Xəzinədarlığına 1 trilyon dollar gətirəcəyini də bildirib.
May ayında Trampın Körfəz turuna qatılan və Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedən Lutnik də orada “Qızıl kartı” təbliğ edib: "Mən nə vaxt beynəlxalq rəhbərlərlə görüşsəm, həmişə onlarla birlikdə oluram və onlara “Qızıl kart” satıram ... özümü saxlaya bilmirəm”.