İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
11:17 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 77 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
İsrail-İran müharibəsi rəqəmsal cəbhəyə də keçdi. Saxta xəbərdarlıqlar, rəqəmsal sui-qəsd əməliyyatları və 700 faiz artan kiber hücumlar müharibənin indi görünməz cəbhədə davam etdiyini sübut edir.
İsrail və İran arasında beşinci günə qədəm qoyan qarşıdurmalarda təkcə raket və hava hücumları deyil, rəqəmsal hücumlar da səhnədədir. Son hadisələr göstərir ki, müharibə artıq kiber və psixoloji ölçülərə keçib.
Bu yaxınlarda İsrail Milli Kiber Müdirliyi ölkə daxilində vətəndaşların telefonlarına saxta təcili mesajlar göndərildiyini açıqladı.
Hökumətin “Oref Alert” sistemini təqlid edərək göndərilən bu mesajlarda “Sığınacaqlarda terror hücumu ehtimalı var. Növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmaqdan çəkinin”, – yazılıb.
Səlahiyyətlilər bu mesajların ictimaiyyəti panikaya salmaq məqsədi daşıyan psixoloji əməliyyatın bir hissəsi olduğunu və İrana bağlı qruplar tərəfindən sızdırıldığını iddia edib.
İsrailin İranda onlarla əsas fiqurunu qətlə yetirməsi İsrail kəşfiyyatına diqqət çəkib. Bildirilir ki, “Unit 8200” adlı elektron kəşfiyyat qrupu İrandakı sui-qəsdlərdə əsas rol oynayır.
Bu kəşfiyyat bölməsi rəqəmsal hücumlara da cavab verə bilər.
“Unıt 8200” necə işlər?
İsrail kəşfiyyat təşkilatının gizli elementlərindən biri olan “Unit 8200”ün İranı hədəf alan yüksək səviyyəli sui-qəsdlər üçün kəşfiyyat məlumatları topladığı iddia edilib.
Bildirilir ki, ötən il Tehranda qətlə yetirilən “HƏMAS” terror təşkilatının lideri İsmayıl Haniyənin monitorinqində və “Hizbullah”ın peycerlərinin partladılmasında da rolu olan bölmə 20 yüksək səviyyəli iranlı komandirin öldürülməsinə və 14 nüvə alimin ünvanının müəyyənləşdirilməsinə də kömək edib.
***
1940-cı illərdə yaradılan 8200-cü bölmə İsrail Müdafiə Qüvvələrinin elektron siqnalların toplanması, şifrənin açılması və elektron casusluqdan məsul olan kəşfiyyat agentliyidir.
İsrail ordusunda aparıcı elektron müharibəyə cavabdeh olan bu bölmə dünyada ilk texniki kəşfiyyat təşkilatı hesab olunur.
***
Bölmənin sui-qəsddən əvvəl hədəflərin cib telefonu trafikini, sosial media tarixçəsini, e-poçt qeydlərini və səyahət marşrutlarını araşdırdığı, əməliyyat zamanı pilotsuz təyyarələrə nəzarət etdiyi və siqnal tıxanma kimi elektron döyüşlər apardığı ifadə edilir.
5000-8000 işçisi olan “Unit 8200”ün kriptoqrafiya baxımından dünyanın ən qabaqcıl laboratoriyalarından birinə sahib olduğu məlumdur.
İsraildə yerləşən kibertəhlükəsizlik firması “Radware”nin məlumatına görə, İsrail iyunun 13-də İrana qarşı əməliyyata başladıqdan sonra bu ölkəyə qarşı kiberhücumlarda 700 faiz artım var.
Bu hücumlar hökumət saytları, banklar, telekommunikasiya şirkətləri və enerji infrastrukturu kimi həyati əhəmiyyətli qurumları hədəf alıb.
“Radware” xəbərdarlıq edir ki, müharibə davam edərsə kiberhücumlar artmağa davam edəcək.
***
“Google” Bulud Təhlükəsizliyi rəsmiləri həmçinin bildirirlər ki, İranla əlaqəsi olan haker qrupları hazırkı müharibə şəraitində daha mütəşəkkil və aqressiv hərəkət edir.
Ənənəvi müharibə cəbhələrindən fərqli olaraq, kiberhücumlar həm fiziki məsafəni, həm də beynəlxalq sərhədləri keçərək daha geniş təsir sahəsi yaradır.
***
Bütün bu faktlar göstərir ki, İsrail-İran münaqişəsi rəqəmsal dövrün bütün alətlərini əhatə edən mübarizəyə çevrilib.
Kiber müharibənin yaxın günlərdə müharibənin gedişatını müəyyən edəcək yeni cəbhəyə çevriləcəyi gözlənilir.