vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
Qarşılıqlı hücumlar davam edir 15:11 | 16 iyun 2025 | Bazar ertəsi Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarşılıqlı hücumlar davam edir

İran-İsrail müharibəsinin 4-cü günü

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 13-də İsrailin İrana genişmiqyaslı hava hücumları ilə başlayan qarşıdurmalar dördüncü gündür ki, davam edir.

Qarşılıqlı hücumlar hərbi bazaları, enerji infrastrukturlarını və böyük şəhərləri hədəf alır, eyni zamanda bölgədə gərginlik artmaqdadır. İsrail “Yüksələn Aslan əməliyyatı” çərçivəsində başda Tehran olmaqla müxtəlif şəhərlərdəki nüvə və hərbi obyektləri vurub. İran ikinci gün ballistik raketlərlə cavab verib. Üçüncü gün toqquşmalar genişləndi; İsrailin bəzi bölgələrində, xüsusilə Hayfada ciddi dağıntılar baş verib.

 

İsrail: İranın raket buraxılış qurğularının üçdə biri məhv edilib

 

İsrail ordusundan verilən açıqlamada bir gecədə 20-dən çox yer-yer tipli raketin İsrailə atılmadan İranda məhv edildiyi bildirilib.

İsfahanda 100-ə yaxın hərbi hədəfin vurulduğu bildirilən açıqlamada, təxminən 50 döyüş təyyarəsinin raket anbarları və yer-yer raket qurğularını vurduğu qeyd edilib.

Bəyanatda bu ifadələr yer alıb: “Bununla (dünən gecəki hücum) İranın raket buraxılış qurğularının üçdə biri məhv edilib”.

 

İran iyunun 13-dən bu yana 370 ballistik raket atıb və 30 nöqtəni vurub

 

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi hücumlara cavab olaraq İranın 13 iyundan bəri İsrailə qarşı cavab tədbirləri ilə bağlı məlumat paylaşıb.

Açıqlamada bildirilib ki, İran iyunun 13-dən bu yana İsrailə 370 ballistik raket atıb və 30 nöqtəni vurub. Cavab hücumlarında 24 nəfərin öldüyü,  592 nəfərin yaralandığı və onlardan 10-nun vəziyyətinin ağır olduğu bildirilib.

 

İrandan atılan raket ABŞ səfirliyinin filialına cüzi ziyan vurub

 

Bildirilib ki, İrandan atılan raket ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdəki filialına cüzi ziyan vurub.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi, “X” hesabında etdiyi şərhdə, “ABŞ-ın İsraildəki səfirliyi və konsulluğumuz qüvvədə olan sığınacaq qaydası səbəbindən bu gün rəsmi olaraq bağlı qalacaq”, – deyib. Səfir Hakabi bildirib ki, İran raketinin düşməsi nəticəsində Tel-Əvivdəki səfirliyin filialına cüzi ziyan dəyib və səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb. Səfirlik həmçinin qeyd edib ki, İsraildə təxminən 700 min amerikalı yaşayır.

 

8 nəfər həlak olub

 

İrandan İsrailə qarşı son raket hücumunda hava hücumundan müdafiə sistemlərindən yan keçən bəzi raketlər Tel-Əviv və ətrafını vurub, 8 nəfər həlak olub.

Səhərin erkən saatlarında İrandan İsrailə doğru atılan intensiv raket atəşi səbəbilə İsraildə çox geniş bir ərazidə hücum həyəcan siqnalları çalınıb.

Hava hücumundan müdafiə sistemlərindən yan keçən bəzi raketlər Təl-Əviv və onun ətrafını vurub. İsrail ordusunun sözçüsü sığınacaqlardan çıxmağın mümkün olduğunu, xilasetmə qruplarının zərbə nöqtələrinə doğru irəlilədiyi bildirilib. İsrail ordusu, vurulan yerlərin şəkillərinin və yerlərinin paylaşılmayacağını və “İranın hücumlarını inkişaf etdirmək üçün onlardan istifadə edə biləcəyi”, – barədə xəbərdarlıq edib.

Digər tərəfdən, Tel-Əvivin Petah Tikva şəhərinin Quş Dan bölgəsində baş verən partlayışların binalarda böyük dağıntılara səbəb olduğu, yanğınsöndürənlərin və xilasetmə qruplarının oraya yönəldiyi qeyd edilib.

Sosial mediada İsrailin şimalındakı Hayfa liman şəhərində neft emalı zavodları, elektrik stansiyası və sənaye obyektlərinin yerləşdiyi əraziyə düşən raketin uzaqdan çəkilmiş görüntüləri paylaşılıb.

İsrailin “Davudun Qırmızı Ulduzu” fövqəladə yardım xidməti, 4 ayrı yerdə 8 nəfərin öldüyünü, 2-si ağır olmaqla 100-dən çox adamın da yaralandığını açıqlayıb.

Bölgələrdə axtarış-xilasetmə və dağıntıların çıxarılması işləri davam edərkən, İsrail ordusu Daxili Cəbhə Komandanlığından şəxsi heyətin səylərə həvalə edildiyini açıqlayıb.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Tel-Əviv yaxınlığındakı ultra-ortodoks yəhudilərin (Haredi) sıx məskunlaşdığı Bney Brak qəsəbəsinə raket atılması nəticəsində 8 nəfər həlak olub.

Qeyd olunub ki, Hayfada itkin düşən 3 nəfərin axtarışları davam edir.

 

İsrailin müdafiə naziri Katz: “Bunun əvəzini Tehran sakinləri ödəyəcək”

 

İsrailin müdafiə naziri Yisrael Katz sosial media hesabında yazdığı yazılı mesajda Tehran sakinlərini təhdid edib: “İran İsraildəki mülki insanları hədəfə alır və Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər”.

İran lideri Əli Xamneyini hədəf alan Katz, Tehran rəhbərliyinin hücumlara cavab olaraq “mülki insanları hədəf aldığını” iddia edib.

***

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə başlayan qarşıdurmalarla bağlı sosial media hesabında paylaşım edib: "Biz heç vaxt təcavüzkar olmamışıq və olmayacağıq, lakin qəddar cinayətkarın qarşısında möhkəm əl-ələ verərək dayanırıq. Əziz xalqımız bu mübarizədə müqavimət göstərdiyi kimi, dövlət də xalqın gündəlik həyatında hər hansı pozuntunun qarşısını almaq üçün hər cür səy göstərir".

***

İsrail ordusu İranın paytaxtı Tehran yaxınlığında hava hücumundan müdafiə bölmələri və buraxılış meydançasını hədəf aldığını açıqlayıb. Ordunun bəyanatında deyilir ki, hava qüvvələri bütün İran ərazisində “hava üstünlüyünü yaratmaq üçün” hücumlarını davam etdirir.

Açıqlamada Tehranın cənubunda hava hücumundan müdafiə bölmələri və buraxılış meydançasının hədəf alındığı və hücumun görüntülərinin paylaşıldığı bildirilib.

 

İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə

 

İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə ordunun yüksək komandanlığını, eləcə də nüvə obyektlərini hədəfə alaraq irimiqyaslı hücumlar həyata keçirib.

Hücumlarda İran Baş Qərargah rəisi, SEPAH-ın Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 16 nəfərin öldüyü, 400-dən çox insanın yaralandığı bildirilib.