vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
“Pandoranın qutusu” açıldı 16:46 | 16 iyun 2025 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Pandoranın qutusu” açıldı

Yaxın Şərqi indi nə gözləyir?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail və İran arasındakı müharibə Yaxın Şərqi yenidən böhrana sürükləyib. Masada ABŞ-ın münaqişəyə qarışmasından tutmuş İranın nüvə cavabı ehtimalına qədər bir çox iddialar var. Müharibənin ilk növbədə Putinə fayda verəcəyinə dair şərhlər də var. Britaniya və ABŞ mətbuatı bütün imkanları bir-bir izah edib.

***

İki ölkənin qonşuları gərginliyi azaltmağa, Tramp isə münaqişəyə son qoymağa və diplomatik razılaşmaya çağırıb. ABŞ və iranlı həmkarları arasında Omanda keçirilməsi planlaşdırılan nüvə danışıqları ləğv edilib.

İsrailin baş naziri Binyamin Netanyahu dünən İran raketləri ilə vurulan Bat Yamda deyib: “Biz buradayıq, çünki bütün israillilərin başa düşdüyü ekzistensial mübarizənin ortasındayıq”. Baş nazir “Fox News”a verdiyi müsahibədə o, İsrailin davam edən hərbi hücumunun İran hökumətinin devrilməsi ilə nəticələnə biləcəyini, çünki “İrandakı rejim çox zəifdir”, – deyib.

***

Tramp və müttəfiqləri ABŞ-ın İsrailin birtərəfli hücumunda iştirak etmədiyini bildiriblər. “The Wall Street Journal”ın məlumatına görə, Tramp ötən həftə bazar ertəsi telefon danışığında Netanyahuya İrana zərbə endirməkdən çəkinməsini açıq şəkildə bildirmişdi.

Lakin ABŞ hücumlardan əvvəl çoxlu sayda şəxsi heyətini bölgədən çıxararaq, hücumların koordinasiyasını təklif edib və Netanyahu Vaşinqtondakı Respublikaçılardan səsli dəstək alıb.

Senator Lindsi Qraham deyib ki, əgər diplomatiya uğursuz olarsa, ABŞ “bu əməliyyat bitdikdən sonra İranda nüvə proqramı ilə bağlı heç bir şey qalmadığından əmin olmaq üçün hər şeyi etməlidir”.

Qrem ABŞ-ın müharibədə birbaşa iştirakını dəstəkləyərək, “Əgər bombanı ləğv etmək üçün İsraillə birlikdə uçmaq lazımdırsa, İsraillə uçun”, – deyib.

***

İsrailin İranın yüksək rütbəli hərbi məmurlarından ibarət kadrlarını ləğv etməsi onun casus agentliyinin ölkədəki təsirinin nə dərəcədə olduğunu göstərdi. “The Washington Post”a görə, etibarlı qüvvələri zəiflədiyi və həssas hərbi və nüvə obyektlərinin atəşə tutulması ilə Tehranın seçimləri daralır.

Amma İran rejimini küncə sıxışdırmaq riskləri daha da artırır. İran öz sərhədindəki digər hədəflərə zərbələr endirmək qərarına gələ və ya Fars körfəzində gəmiçiliyi pozmağa cəhd edə bilər ki, bununla da ABŞ-ın cavabını verə bilər.

Avropa Şurasının Xarici Əlaqələr üzrə baş elmi işçisi Elli Qeranmayeh deyib ki, Qərb diplomatları aydın görməlidirlər ki, bu, Tehranı gərginləşdirmək və regionu münaqişəyə təhrik etmək üçün İsrailin təşəbbüsü ilə həyata keçirilən böyük hücumdur.

***

Yaxın Şərq İnstitutunun siyasət üzrə vitse-prezidenti və ABŞ-ın keçmiş milli təhlükəsizlik rəsmisi Kennet Pollak yazıb: “İranın birbaşa cavab üçün məhdud seçimləri var. Ancaq İsrailin Pandora qutusunu açması ilə bağlı böyük bir təhlükə var: İranın verə biləcəyi ən pis cavab həm də ən çox ehtimal olunan cavabdır. Yəni, bu silahlara nəzarət öhdəliklərindən çəkilmək və nüvə silahlarını ciddi şəkildə inkişaf etdirmək qərarı olar”.

Britaniyanın BBC telekanalı və Amerikanın “The New York Times” qəzeti mümkün ssenariləri araşdırıb.

Birinci ssenari ABŞ-ın müharibəyə sürüklənməsidir. Qeyd edilib ki, İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına və səfirliklərinə hücum etsə və ABŞ itki versə, prezident Trampın müharibədən başqa çarəsi qalmayacaq.

Tramp Tehranı “İran tərəfindən hücuma məruz qalsaq, onları indiyədək heç vaxt görülməmiş şəkildə vuracağıq”, – deyərək hədələyib.

***

ABŞ-ın müharibəyə girməsinin başqa bir səbəbi də İsrailin təkbaşına İranın nüvə proqramına böyük zərbə vurmaq gücünə malik olmamasıdır. ABŞ-ın ölümcül zərbə üçün müdaxilə etməli olduğu barədə şərhlər var.

Bildirilir ki, İranın yeraltı nüvə obyektləri, xüsusən də Fordo yalnız ABŞ-ın əlində olan bunker partlayıcı bombalarla vurula bilər.

***

Tramp bundan əvvəl Yaxın Şərqdə qeyri-müəyyən müharibələrə son qoyacağını vəd etmişdi. Trampın öz partiyası daxilində də ABŞ-ın maraqlarına üstünlük verilməli olduğunu müdafiə edənlər var. Bununla belə, Respublikaçılar tərəfində İranda rejimin dəyişdirilməsini istəyənlərin sayı da çoxdur. Bununla belə, xəbərdarlıqlar da var ki, ABŞ müharibəyə qarışarsa, bu, gərginliyi xeyli artıracaq və gözlənilməz nəticələrə gətirib çıxaracaq.

Müzakirə olunan digər ssenari isə Körfəz ölkələrinin münaqişəyə qarışmasıdır.

***

Belə şərhlər var ki, əgər İran İsraildəki qorunan hərbi obyektlərə kifayət qədər zərər verə bilməsə, Körfəzdəki digər hədəflərə müraciət edə bilər. BBC İranın İsrailə kömək etməkdə ittiham etdiyi Körfəz ölkələrinə hücum edə biləcəyinə diqqət çəkib.

Körfəzdə İranın hədəfinə çevrilə biləcək çoxlu enerji və infrastruktur obyektləri var. Səudiyyə Ərəbistanı 2019-cu ildə neft obyektinə edilən hücuma görə İranı günahlandırmışdı. Lakin o vaxtdan bəri bəzi Körfəz ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı İranla münasibətlərini yaxşılaşdırmaq üçün addımlar atıb.

ABŞ-ın körfəz ölkələrində də bazaları var. İranın onlara hücum edəcəyi təqdirdə ABŞ ordusunun bu ölkələri müdafiə etmək üçün hərəkətə keçə biləcəyi ehtimal edilir. Cavablandırılan suallardan biri də İsrailin hədəflədiyi kimi İranın nüvə proqramına böyük zərbə vura bilməyəcəyidir. Qeyd olunur ki, İsrail istədiyi zərbəni vura bilməsə, müharibə uzana bilər.

Bildirilir ki, İsrail istədiyi zərbəni vura bilməsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa və nüvə proqramını yeraltı yerə qoya bilər ki, bu da İranın nüvə silahı istehsalını sürətləndirə bilər.

***

Digər narahatlıq doğuran ssenari isə qlobal iqtisadiyyatda baş verəcək şok effektidir. Artıq neftin qiyməti qalxmağa başlayıb. Qeyd olunur ki, İran Hörmüz boğazını bağlayaraq neftin keçidinə icazə verməsə, neftin qiyməti ildırım sürətilə qalxacaq. İranın dəstəklədiyi husilərin də Qırmızı dənizdə hücumlarını artıra və gəmiçilik fəaliyyətlərini poza biləcəyi bildirilir.

Neft qiymətlərinin artması ilə dünyada inflyasiyanın və yaşayış minimumunun artacağı vurğulanır.

BBC neftin qiymətinin artmasının ən çox Rusiya prezidenti Vladimir Putinə fayda verəcəyini iddia edib. Xəbərdə Putinin neft satışından əldə etdiyi gəlirlə Ukrayna müharibəsini daha rahat apara biləcəyi bildirilib.

***

İsrail və İran arasında baş verəcək hücumların İran hökumətinin devrilməsi ilə nəticələnəcəyi ehtimalı da hesab edilir.

Bildirilir ki, İsrailin İranda infrastrukturu məhv edəcək hücumları İran xalqının elektrik və su çatışmazlığından əziyyət çəkməsinə səbəb ola bilər. Belə olan halda İran xalqının öz hökumətinə qarşı üsyana qalxması variantlar arasında sayılır. Bununla belə, BBC İran hökumətinin devriləcəyi təqdirdə avtoritet boşluğunun yarana biləcəyinə diqqət çəkib. İraq və Liviyadan misallar gətirildi və İranda vətəndaş müharibəsi başlayarsa, bunun gözlənilməz nəticələrə səbəb olacağı vurğulanıb.

***

“The New York Times”ın köşə yazarı Tomas Fridman yazıb ki, o, İran rejiminin devrilməsinə və onun yerinə dünyəvi və daha yaxşı hökumətin qurulmasına üstünlük verəcək. Bununla belə, Fridman demokratiyanın Yaxın Şərqdə avtokratiyaları əvəz etmədiyini və İranın uzunmüddətli xaosa sürüklənmə riskinin olduğunu vurğulayıb.

Fridman bildirib ki, ən ekstremal ssenarilərə baxmayaraq, orta yolun mümkünlüyü danışıqlar yolu ilə həll yolu ola bilər. O yazıb ki, ABŞ prezidenti Tramp İranı nüvə danışıqları masasına geri çəkərək razılığa gələ bilər.