
Cənubi Koreyada kritik seçkilər
3 saat ərzində 9 faizdən çox seçici səs verdi
3 saat ərzində 9 faizdən çox seçici səs verdi
“Qatara benzinlə dolu bidonla girdi”
Cənubi Koreyada Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Pentaqon iddiaları rədd edir
Cənubi Koreya hökuməti ilk dəfə insan oğurluğuna görə məhkəməyə verilib
WSJ-dən bomba iddia: “Şimali Koreya ilə münasibətlər nəzərdən keçirilir”
“COVİD-19”dan sonra xəbərdarlıqlar ard-arda gəlir!
Şimali və Cənubi Koreyanın birləşməsinin rəmzi olan binanın adı dəyişdi
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
10 ölkədən birgə bəyanat
Güzgü, saat, telefon yoxdur
“Onları çamadan kimi xarici ölkələrə göndəriblər”
Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 16-ya çatıb
“Milli maraqlarımızı təmin etmək üçün bütün bilik və bacarıqlarımı istifadə edəcəyəm”
Liberal müxalifətin namizədi Li Jae-myunq 49 faizdən çox səs toplayaraq Cənubi Koreyanın yeni prezidenti seçilib. 44 milyona yaxın seçicinin 80 faizə yaxını səs verib.
Li Jae-myunqun qələbəsi keçmiş mühafizəkar prezident Yun Suk Yol tərəfindən qısa müddətdə hərbi vəziyyətin tətbiqi ilə başlayan siyasi böhrandan sonra gəlib.
Dünən keçirilən erkən səsvermədə səslərin 99 faizindən çoxu hesablanaraq, Li Jae-myunq 49,3 faiz, mühafizəkar namizəd Kim Mun Su isə 41,3 faiz səs toplayıb.
Seçki ərəfəsində keçirilən sorğular Linin geniş fərqlə liderliyini uzun müddət göstərmişdi ki, bu, əsasən keçmiş prezident Yunun hərbi vəziyyət böhranından sonra mühafizəkarlara ictimai qəzəbi əks etdirir.
Rəsmi nəticələr elan edilməzdən əvvəl Kim Mun Su məğlubiyyətini etiraf edib və rəqibi Lini təbrik edərək, “Xalqın qərarını təvazökarlıqla qəbul edirəm”, – deyib.
Li Jae-myunq paytaxt Seulda qələbə nitqində keçmiş prezidentin hərbi vəziyyət tətbiq etmək qərarına toxunaraq, "Mənim sizə ilk sözüm budur ki, bu üsyanı (hərbi vəziyyət) arxada qoyasınız və bir daha xalqın verdiyi gücün xalqı qorxutmaq üçün istifadəsinə icazə verməyin”, – deyib.
60 yaşlı Li tezliklə vəzifəsinin icrasına başlayacaq. Yoxsulluq içində böyüyən Li Jae-myunq, illər ərzində Cənubi Koreyanın ən tənqidi liberal siyasətçilərindən birinə çevrildi. O, seçki kampaniyası zamanı korrupsiya və yoxsulluqla mübarizə aparacağını vəd edib.
Linin seçilməsinin Cənubi Koreyanın xarici siyasəti üçün nə demək olduğu hələlik bəlli deyil. Mütəxəssislər Lini Çin və Şimali Koreyaya yaxın olmaqda, ABŞ və Yaponiyadan uzaq durmaqda ittiham ediblər.
Bununla belə, Li açıq şəkildə bildirdi ki, onun xarici siyasətinin əsası ABŞ-la müttəfiqlik olacaq. O, həmçinin ABŞ ilə münasibətləri yaxşılaşdırmağa və Vaşinqton və Tokio ilə üçtərəfli əməkdaşlığı gücləndirməyə söz verib. Bu yanaşma əsasən əvvəlki mühafizəkar administrasiyaların xarici siyasət xəttinə bənzəyir.
Li Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq istədiyini söyləyib, lakin əlavə edib ki, Şimali Koreya lideri Kim Çen Inla tezliklə sammit keçirməy “çox çətin” olacaq, bu da Koreya yarımadasındakı münasibətlərdə böyük dəyişiklik gözlənilməməsinə işarədir.
Li Jae-myunq əvvəllər Qyeonggi əyalətinin qubernatoru və Seongnam çəhərinin meri vəzifələrində çalışıb. Uzun müddət siyasi təsir göstərən Li uşaq işçisi kimi keçmişi və “sıfırdan yuxarı” hekayəsi ilə diqqət çəkib.
Mühafizəkar quruluşu sərt şəkildə tənqid edən və daha aktiv xarici siyasətin tərəfdarı olan Li, bu açıqlamaları ilə özünü iqtisadi bərabərsizlikləri və korrupsiyanı hədəf alan islahatçı lider kimi göstərib.
Bununla belə, tənqidçiləri onu siyasi qütbləşmədə inkişaf etdiyini və vədlərindən asanlıqla geri çəkildiyini iddia edən təhlükəli populist kimi görürlər.