İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
22:29 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 298 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvin oğlu Rza Pəhləvi son illərdə, xüsusilə də İranda 2022-ci ildən sonra baş verən “Qadın, Həyat, Azadlıq” etirazlarından sonra daha fəal şəkildə beynəlxalq səviyyədə çıxışlar edir, bəyanatlar verir və İslam Respublikasının legitimliyini sorğulayan fikirlər səsləndirir. Rza Pəhləvi özünü bu boşluğu doldura biləcək sima kimi təqdim etməyə çalışır. Bu səbəbdən hazırda gedən İran-İsrail münaqişəsi fonunda da aktivləşməsi təəccüblü deyil.
Rza Pəhləvi verdiyi müsahibələrdə açıq şəkildə monarxiyanı bərpa etmək məqsədindən danışmasa da, bəzi tərəfdarları onu gələcək İranın “konstitusiyalı kralı” kimi görmək istəyir. 1979-cu il inqilabından sonra Pəhləvilərin üz tutduğu Qərb ölkələrində fəaliyyət göstərir və çıxışlarını ingilis dilində edir. Qərbin İrana qarşı strategiyasında “rejim dəyişikliyi” ilə bağlı fərqli ssenarilər müzakirə olunur və Rza Pəhləvi özünü potensial “alternativ lider” kimi təqdim etməyə çalışır.
Lakin burada önəmli məqam İran xalqının Pəhləvilərə münasibətidir. Bu ssenari real baxımdan gerçəkləşməsi olduqca çətin olan ssenaridir, çünki İran xalqı üçün monarxiya dövrü, yumşaq desək, xoş xatirələrlə yadda qalmayıb. İran daxilində onun nüfuzu məhduddur. Xüsusən də gənc nəsil onun haqqında çox az bilgi sahibidir və Şah dövrünün repressiyaları haqda kollektiv yaddaş hələ də canlıdır. Bəzi dairələrdə nostalji olsa da, bu, geniş xalq dəstəyinə çevrilmir. Onun sabit və kütləvi şəkildə təşkilatlanmış bir hərəkatı yoxdur. Sosial mediada tanınsa da, yerli səviyyədə aktiv bir struktura və dəstəyə malik deyil.
ABŞ və Avropa isə onu bir “müxalifətin səsi” kimi dinləsə də, ciddi siyasi alternativ kimi dəstəklədikləri inandırıcı deyil. İndiki proseslər fonunda Qərbin İranda rejim dəyişikliyi üçün aktiv addım atması da real görünmür. Bu yalnız daxildən gedən proseslərlə ola bilər ki, burada da Pəhləvilərin dəstəyi yoxdur. İranın daxili mübarizələri çoxşaxəlidir: mühafizəkarlar, reformistlər, islahatçılar, sol, millətçi və islamçı qüvvələr, türk, kürd, ərəblər kimi etnik hərəkatlar var. Rza Pəhləvin bu palitrada vahidləşdirici sima olması çox çətindir.
Bu mənada Rza Pəhləvinin taxtı geri alması və ya xalqın geniş dəstəyini qazanaraq ölkə rəhbərliyinə gəlməsi real deyil. Amma İran daxilində rejim böhranı dərinləşərsə və liderlik vakuumu yaranarsa, o zaman onun rolu, Qərbin də dəstəyi ilə yeni formada aktuallaşa bilər — lakin bu, yenə də əsasən İran xalqının öz seçimi və daxili siyasi güc balansından asılı olacaq.