
Aldanmaq deyil, ayılmaq lazımdır
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Pəhləvi dövründə Ərdəlan vilayətinin adı necə Kürdüstana çevrildi?
Əksəriyyəti Güney Azərbaycandan olan iş adamları və valilərdən ibarət 120 nəfərli heyət olacaq
Güney Azərbaycan Milli Azadlıq Hərəkatının ideoloji mahiyyəti və çağdaş reallıqlar
Azərbaycanda ana dilində təhsil tələbi hər küncdən səslənir
Kürd silahlıları regionda humanitar fəlakətlərin səbəbkarlarındandır
... Dünyanın indiki geopolitik konfiqurasiyasında böyük önəm daşımağa başlayır
İranı bombalamaq rejim dəyişikliyinə səbəb olmayacaq
Kürd imamın Ərdoğanı diktator adlandırması etirazlara səbəb olub
Günümüzün İranında maraqlı bir tendensiyanı müşahidə edirsinizmi?
“Təsdiqlənmə arzusu azadlığa əngəl olur” Erix Fromm
Kürd separatçıları türk tokatı üçün darıxıb
Güney Azərbaycan milli hərəkatı deyiləndə ilk ağla gələn 30 milyonluq bir azərbaycanlının milli kimliyinin yox edilməsinə qarşı millətimizin özünə dönüş və öz külündən dirilmək istəydir. Daha çox bilinən mövzu dilimizin yasaqlandığı və mədəniyyətimizin məhv edilməyimizə qarşıdır. Amma çox səsləndirilməyən və bilinməyən bir təhlükə ilə üz-üzə, hətta iç-içəyik. İranın fars hökuməti torpaqlarımızda göz görə-görə PJAK (PKK-nın İran qolu) terrorçularını bəsləməkdədir və biz artıq sadəcə fars işğalçılığı və istismarı ilə mübarizə aparmırıq. Həm də Kürdləri qoruduğunu iddia edən, PKK-nın rəsmi İran qolu olaraq bilinən, əslində isə Güney Azərbaycanın qərb bölgəsində silahlı qruplaşma kimi fəaliyyət göstərən terror təşkilatı təhlükəsinə müqavimət göstərmək məcburiyyətindəyik. Anlayacağınız İran fars hökuməti Güney Azərbaycan milli oyanışına qarşı Azərbaycanın ürəyinin ortasında PJAK-ı bəsləyərək, bizimlə üz-üzə qoyur. Əslində deməliyəm ki, PJAK İran hökumətinin və terror qruplarının ortaq əsgəri bazasıdır. Özü də Güney Azərbaycanda… Necə və niyə deyə soruşacaqsız… Haqlısız...
Güney Azərbaycanın qərb bölgəsi bugünkü rəsmi adıyla Qərbi Azərbaycan rayonu rəsmən İran sərhədləri içərisində yerləşir. Bu bölgə Güney Azərbaycanın tarixi torpaqları olan Makı, Çaypara, Qotur, Xoy, Salmas, Urmiya (Urmu ), Sulduz, Qoşaçay, Sayınqala, Tikantəpə çizgisi üzərindədir. Bu bölgənin ən böyük şəhəri və mərkəzi olan Urmu , PJAK-ın gələcəkdə qurmasını vəd etdikləri kürdüstanın dördüncü parçasının mərkəzi və paytaxtı olaraq elan edilib. Onlar da bu istiqamətdə silahlı mübarizə aparırlar. Iraqda avtonom bir hökumət quran, Suriyada sözü keçən savaş tərəflərindən biri olan PKK-nın qolları Türkiyədə də terrora əsaslanıb, onlar siyasət meydanından istifadə edərək iradələrini yeritməyə çalışırlar və bu bölgədə sözləri keçir. Növbədə hədəfləri «kürdüstanın dördüncü parçasında» da onların söz sahibi olmasıdır. Bu parça isə Güneyin gözüdür, Türkiyə ilə Güney Azərbaycanı bir birinə bağlayan bölgədir. Bunu görməzdən gəlmək olmaz, artıq Kürdlərin bu terror qrupları siyası olaraq bölgəyə təsir edə bilir.
Suriya və İraqda Türkmənlərin yaşadığı acı təcrübələrin eynisi Qərbi Azərbaycan torpaqları üçün də planlanlaşdırılır. Bu qruplar Qərbi AZƏRBAYCANIN «Kürdüstan» olmasını iddia edir və bu iddianı əsaslandırmaq üçün də o bölgəni Azərbaycan Türklərindən boşaltmaq üçün təşkilatlanıblar. İran mərkəzi hakimiyyəti bu bölgənin demoqrafik quruluşunu terror qruplarının istəyinə uyğun dəyişdirməkdədir. Çünki bu fars rejiminin özünə də sərf edir. Mərkəzi hakimiyyət bütün gücünü səfərbər edərək PJAK-ı məqsədyönlü şəkildə Qərbi Azərbaycanda bəsləyir.
Buna bir neçə sübut da göstərmək olar…
- PJAK düşərgələrinin Qərbi Azərbaycanda İran dövlətinin icazəsilə qurulması yerli əhali tərəfindən bilinən və görünən gərçəkdir.
Örnək üçün şah rejimi dönəmində - 1975 illərdə, 300 min Iraq kürdü Qərbi Azərbaycanda yerləşdirildi.
Eyni şəkildə 1988 ilində 20.000 kürd bölgəyə köçürülüb.
Başqa bir önəmli örnək; 1991-ci ildə, sadəcə bir il boyunca 600.000 İraq kürdü hökumət tərəfindən Qərbi Azərbaycana yerləşdirilib.
Diqqət çəkici olan detal budur ki, Səddam zülmündən qaçan Türkmənlərdən bir nəfər belə Qərbi Azərbaycanda yerləşdirilməyib və daha da önəmli olan Türkmənlər şiəlik mərkəzi olaraq bilinən Məşhəd və Qumda yerləşdirilib, molla təhsili sisteminə cəlb olunublar.
Belə sual yarana bilər ki, kürdün Azərbaycanda yaşama haqqı yoxdurmu?!
Təbii ki, var. Azərbaycanda Türklər say etibarilə üstünlük təşkil etsələr də, bütün etnik qruplar bu bölgədə bərabər yaşamaq haqqına sahibdilər. İllərdir aramızda yaşayan kürdlərə mənfi münasibət göstərsəydik, zatən bu torpaqlarda yaşaya bilməzdilər. Amma heç bir qrupun burda süni şəkildə nüfuz çoxaldıb, bu torpaqların yerlilərini qətliam etmək və bu torpaqların adını dəyişdirmək niyyətinə xoş baxa bilmərik.
Qeyd etdiyim kimi əhalinin süni şəkildə artırılması, yerli xalq arasında terror əsdirib, torpaq qəsb etmə təşəbbüslərinə də İran rejimi göz yumur, deməli dəstək verir. O ki, qaldı PKK və bu terror təşkilatını qolları kimi fəaliyyət göstərən digər qruplaşmalar da, Azərbaycan torpaqlarına olan iddialarını və niyyətlərini gizlətmək ehtiyacı hiss etmirlər. Bunu açıq bir şəkildə yayır, təbliğatını aparırlar.
Bu yazının davamı var… (Araninfo.az)