Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
            					
            	
                22:14 | 31 oktyabr 2016 | Bazar ertəsi
                Məqaləyə 3419 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
                                Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
                                Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
                                Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
                                “Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
                                Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
                                47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
                                Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
                                Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
                                İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
                                Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
                                Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
                                Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
                                Urmiya gölünün tamamilə qurumasının fəsadları
                                Pezeşkian: “Tehranda su yoxdur, ...”
                                “Ocaq”ın yeni mənası
Bu gün (31 oktyabrda) İran parlamentində Güney Azərbaycan, ümumiyyətlə, türk milləti adına çox önəmli hadisə baş verdi. İstər Pəhləvilər, istərsə də, molla rejiminin hakimiyyəti dövründə basqılara, təqiblərə, həbslərə, işgəncələrə sinə gərən azadlıq mücahidlərinin 100 ilə yaxın davam edən mübarizəsi nəticəsində axır ki, ciddi irəliləyiş əldə olundu – necə deyərlər fars rejiminin sipəri sındı. Belə ki, İran parlamentinə seçilən 100 türkəsilli millət qurumda türk fraksiyası yaratdılar. Qeyd edək ki, İran parlamentində 290 deputat yeri var və türkəsilli millət vəkilləri 100 səslə məclisin 34.5 faizini təşkil edir.
Bu fraksiyanın mahiyyətini doğru analiz etmək üçün İranda seçki sistemini barədə dəqiq məlumata sahib olmaq lazımdır. Belə ki, İranda millət vəkilliyinə namizəd olmaq üçün 12 nəfərdən ibarət nəzarət şurası tərəfindən təsdiqlənməlisən. Yəni yalnız rejimin razılığını alanlar namizəd olaraq seçkiyə qatıla bilərlər. Yəni İran hakimiyyətinin əvvəlcədən müəyyən etdiyi şəxslər millət vəkili seçilirlər.
Sual oluna bilər ki, qapalı ölkədə, bir nəfərin əmriylə idarə olunan rejimə qarşı əksəriyyəti İran hakimiyyətinin özü tərəfindən seçilən 100 nəfərlik fraksiya hansı üstünlük saxlamış olacaq?
1. Bu fraksiyanın yaranması Güney Azərbaycan milli hərəkətinin milli fəallarının iddiasız mübarizəsinin bir nəticəsidir. Fars hökuməti milli fəallarla bacara bilmədiyi üçün ən yüksək səviyyəli qanunverici orqanda belə bir qurumun yaranmasına razılıq verdi. Baxmayaraq ki, bunu da Güney Azərbaycanda rejimin razılığı ilə seçilən vəkillərlə məhdudlaşdırdı.
2. İllərlə «Siz azərisiz» deyən hakimiyyət artıq bizim Türk olduğumuzu qəbullanmaq məcburiyyətində qaldı. Bu isə millətimiz üçün tarixi bir nailiyyətdir.
3. Bu fraksiya özəlliklə hökumətin Azərbaycana qarşı ayrı seçkilik iqtisadi-siyasətini aşkara çıxarmaqda və bu siyasətə qarşı nisbi başarıları əldə edəcəyi ehtimal edilir.
4. Güneyli milli-mədəni fəallar haqsız yerə zindanlarda işgəncələrlə məruz qaldıqları zaman adıçəkilən fraksiya xalqda çəkinərək gözdən pərdə asmaq siyasəti nümayiş etdirə bilməyəcklər. Bu olarsa belə, hakimiyyətin basqısı ilə olduğu daha da dəqiqləşəcək.
5. Rejim hər nə qədər Azərbaycan adını silmək istəsə də, İranda Türklər Azərbaycan mərkəzli hərəkət edirlər və bu fəaliyyət rejimin ali qanunverici orqanında da davam edəcək.
Bundan sonra həbsdə olan milli fəallarımızın azadlığı bizim öhdəmizə düşür. Necə deyərlər, yalançını evinə kimi qovmaq məcburiyyətindəyik.