
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
İran və Ermənistan İran qazı ilə bağlı danışıqlar aparır. Bu barədə Ermənistanın enerji infrastrukturu və təbii resurslar nazirinin müavini Ayk Arutyunyan «Azadlıq Radiosu»nun erməni xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hələ ki, qiymətlə bağlı müzakirə aparılmayıb, ancaq sövdələşmənin erməni istehlakçılarından ötrü xoş sonluqla bitəcəyinə ümidlər var. «Ermənistan vətəndaşları yaxın vaxtlarda İran qazından istifadə edə biləcəklər», nazir müavini bildirib.
Ayk Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti Tehranda olub və noyabrın 1-də Ermənistanın «Enerjiimpeks» dövlət kompaniyası və İranın qaz ixracı üzrə milli şirkəti qaz tranziti və qazın alış-satışı ilə bağlı ilkin razılaşma əldə ediblər.
«Birincisi, İran qazının Ermənistan ərazisindən tranzitinə imkan yaradılır. İkincisi, İran qazı daxili tələbatı ödəməyə də alına bilər. Daxili tələbat üçün qaz o vaxt İrandan alınacaq ki, qiymət bizim digər mənbələrlə müqayisədə rəqabətli olsun», - nazir müavini deyir.
«Bu o deməkdirmi ki, bundan sonra Ermənistan öz istifadəçiləri, əhali və müəssisələr üçün təkcə Rusiya qazı yox, həm də İran qazı alacaq?» sualının cavabında Ayk Arutyunyan deyib:
«Daxili bazara İran qazının alınmasını məhdudlaşdıran səbəblərin nə vaxtsa mövcud olduğunudüşünmürəm. Məsələ həmişə qiymət siyasəti ilə bağlı olub: Əgər İran tərəfi danışıqlar nəticəsində bizə əlverişli qiymət təklif edərsə, biz bu qazdan daxili bazarda yararlana bilərik. Danışıqların aparılmaması, bu məsələnin müzakirə edilməməsi barədə deyilənlər düz deyil».
Ayk Arutyunyanın sözlərinə görə, razılaşma çərçivəsində qazın həcmi, qiyməti və müddəti konkretləşməlidir: «... və bundan sonra ayrıca danışıqlar aparıla bilər», – o bildirib
«Ermənistan İrandan qaz idxalına nə zaman başlaya bilər?» sualına nazir müavini belə cavab verib ki, bu, artıq Ermənistana daha uyğun və yaxşı şərtlərlə qiymət təklifindən asılıdır: «Hazırda bu istiqamətdə fəal iş gedir».
Ermənistan Rusiyanın qaz inhisarından çıxır?
Ermənistan Rusiya qazı inhisarından niyə imtina etmək qərarını verib? «Azadlıq Radiosu»nun sualının cavabında nazir müavini deyib: «Bu, yeni siyasət deyil. Enerji mənbələrinin diversifikasiyası – enerji təhlükəsizliyi strategiyamızın istiqamətlərindən biridir. Və həmişə bu istiqamət üzrə işləmişik. Rusiya qazı inhisarından azad olmaq, – bunu siz belə adlandırırsız... Məhz Ermənistan-İran birgə qaz kəmərinin tikilməsinə başlanması yeni proses deyil. Biz, sadəcə, çalışırıq ki, regiondakı mürəkkəb situasiyadan maksimum faydalanaq».
Ermənistan-İran qaz kəmərinin Rusiyanın «Qazprom» şirkətinə də aidiyyəti var. Belə olan halda, Rusiya şirkəti Ermənistan-İran qaz danışıqlarında hansı rol oynayır? «Enerjiimpeks» yeni qaz kəmərimi çəkmək istəyir? Ayk Arutyunyan deyir ki, hazırda ayrıca qaz kəməri çəkməyə heç bir iqtisadi əsas yoxdur: «Qazprom»a məxsus «Transqaz» şirkətinin lisenziyasında tranzit qazını mənbəyə çatdırmaq nəzərdə tutulub. Məsələn, İrandan qazı alıb Gürcüstana çatdıracaq. Onun tranzit qazı üçün müəyyənləşdirilmiş tarifləri var. Yəni burda yeni nəsə fikirləşməyə ehtiyac yoxdur. Burda aparıcı rolu hökumət oynayır, lisenziyadan doğan öhdəliklərini yerinə yetirmək isə onların (Rusiya şirkətinin) borcudur».
«Deməli, İran qazını almaqdan ötrü «Transqaz» və ya «Qazprom»un razılığını almağa ehtiyac yoxdur?» sualının cavabında nazir müavini deyib ki, belə bir məcburiyyət yoxdur.