Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:48 | 18 fevral 2017 | Şənbə
Məqaləyə 1945 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Hazırda Rusiyanın bir nömrəli hədəfi Belarusdur. Virtualaz.org xəbər verir ki, bunu «Apostrof» (Ukrayna) portalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə müşaviri (2000-2005-ci illər) olmuş Aleksandr İllarionov deyib.
Hazırda Qərbdən Putinin keçmiş sovet respublikalarına qarşı hərbi təhdidlərlə müşaiyət olunan siyasətini tənqid edən İllarionovun bildirdiyinə görə, Rusiya 2015-2016-cı illərdə ABŞ-dakı seçki kampaniyasına «qeyri-konvensional müdaxilə» həyata keçirib. Keçmiş müşavir deyib ki, Avropanı heç bir dövləti Rusiyanın informasiya, korrupsiya, təbliğat, casus, hibrid xarakterli intervensiyasından sığortalanmayıb. «Konvensional (hərbi) müdaxiləyə gəldikdə isə hazırda bu cür müdaxiləyə məruz qalmağa 1 nömrəli namizəd Belarusdur», - İllarionov deyib.
Putinin keçmiş müşavirinin fikrincə bu müdaxilədə çox şey ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenkonun səhhətindən asılı olacaq. Və onun Belarus rəhbərliyindəki digər şəxslərlə sutka boyu əlaqəsinin nə dərəcədə dayanıqlı olması vacibdir. «Əgər Lukaşenko məsələn, meşəyə göbələk yığmağa getsə və onunla əlaqə 24 saatlıq kəsilsə, müdafiə və daxili işlər nazirləri Lukaşenko ilə telefon əlaqəsi yarada bilməsə o zaman tamamilə ciddi risklər meydana çıxacaq», - İllarionov bildirib.
Putinin keçmiş müşaviri deyib ki, KTMT üzvü olan ölkələr Rusiyanın tamhüquqlu müttəfiqləri deyil. Onun fikrincə, bu məsələdə imperiya və onun müştəriləri arasında münasibətlərdən danışmaq daha münasib olardı. «Müttəfiq o deməkdir ki, əgər həmin blokda nəsə onu qane etmirsə oranı tərk edə bilər. İndi gəlin sual verək: Ermənistan Rusiya ilə hərbi ittifaqdan çıxa bilərmi? Sual tamamilə birmənalıdır», - keçmiş müşavir qeyd edib.
İllarionov deyib ki, ələvilər üçün Rusiya ilə ittifaq nə deməkdirsə Ermənistan üçün də Rusiya ilə ittifaq eləcə ölüm-qalım məsələsidir. «Rusiya rəhbərliyi isə bu və ya digər ölkənin mürəkkəb geosiyasi vəziyyətindən istifadə edərək bu münasibətlərdən öz maraqlarını təmin etmək üçün istifadə edir», - o deyib.
İllarionov razılaşır ki, Ermənistanda Rusiyanın Azərbaycana silah satmasına görə Moskvadan narazıdırlar. Lakin Ermənistan özü Gümrü bazasını rus hərbçilərinin yerləşdirilməsi üçün təqdim edib. «Ermənistan mürəkkəb geosiyasi vəziyyətdədir. Bir tərəfdən Türkiyə, o biri tərəfdən Azərbaycan, və Gürcüstanla qismən ensiz sərhəd zolağı. Gürcüstan Türkiyə və Azərbaycanla müqayisədə ciddi hərbi potensiala malik ölkə deyil, yəni həmin bazanın məhz kimə görə orada yerləşdirildiyi aydındır», - Putinin keçmiş müşaviri əlavə edib.