vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0116 AZN
Rusiya rublu 1 RUB = 0.0290 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2843 AZN
Türk lirəsi 1 TRY = 0.4459 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
14:37 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 257 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»a sağ ol deyin!

Qurban Qurbanov 80 minlik oyunçunu «300 minə aldıq» demir

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Allah kəssin futbola belə baxmağı.

Yazıq azarkeş, Çempionlar Liqasının (ÇL) üçüncü təsnifat mərhələsinin oyununu İnternetdən zülmlə, görüntü dona-dona, əsəbləri tarıma çəkilə-çəkilə izləməli oldu. Pul verib yayımı almayan AzTV-ni qınayaq, «Qarabağ»ı qınayaq, yoxsa bizimkilərdən insafsızcasına 100 min dollar istəyən «Şerif»imi? Texniki xırdalıqlar bizlik deyil, amma səbəb hər nə olursa-olsun, neft ölkəsi, milyonları olan dövlətin vətəndaşı bu oyunu görməliydi. Görə bilmədi... Milyonlarla azarkeş, «Qarabağ»sevər komandasının vurduğu qollardan sonra içində yığılıb qalan enerjini «Qoool» deyə qışqıraraq içindən tam çıxarmalıydı, çıxara bilmədi...

Amma unuduruq. Unudacağıq bu rəzilliyi də. «Qarabağ»a görə unudacağıq.


***


Nədi axı «Qarabağ»ın uğuru? Klubun qurduğu düzgün strategiya, Qurban Qurbanovun bir məşqçi kimi yüksək peşəkarlığı, komandada yaratdığı xoş-ab hava? Bəli, bütün bunlar bir klubun təməl prinsipləridir. Amma «Qarabağ»ın uğurları tək bu da deyil. Həm də ordakı dürüstlükdü, təmizlikdi...

Məsələn, Əmrah Çəlikəl Tahir Gözələ pul atmır, Qurban Qurbanov da Əmrah Çəlikələ.

İnkişaf həm də ondan başladı ki, Qurban Qurbanov 100 minlik (şərti olaraq) normal əcnəbi futbolçunu «Qarabağ»a 80 minə gətirə bilirdi (gətirir də), amma məsələn, «Bakı», «Xəzər Lənkəran», «İnter»də 50 minlik yararsız bir futbolçunu öz sahibinə «300 minə almışıq» deyə kələk gəlirdilər...

Bir yerdə əliəyrilik, dələduzluq olanda sonluq da acınacaqlı bitir, təbii ki. Hardadı Azərbaycan futboluna qısa zamanda xeyli istedad bəxş edən «Bakı»? Hardadı «Xəzər Lənkəran»? Doğma komandalarına sadaqətlə bağlı olan Cənub bölgəsindəki o qədər insan niyə futbolsuz qalmalı idi?

Və niyə «Qarabağ» yaşayır? Özü də təkcə yaşamır, həm də günbəgün inkişaf edir, özünə şəhərin mərkəzində fan-şop açır, əsl peşəkar klub kimi – təkcə milyon xərcləmir, həm də UEFA yarışlarından milyonlar qazanmağa başlayır.


***


1992-ci ildə britaniyalı bəstəkar Toni Britton Avropa Çempionlar Kuboku - indiki Çempionlar Liqası üçün bir himn yazdı. Əsəri səsləndirmək London yaxınlığında yerləşən bir kilsənin akademik xoruna həvalə edildi. Nəticə? ÇL-in hər oyunundan əvvəl səslənən 37 saniyəlik bu himn nəhəng bir əsərə çevrildi. Düz 25 ildir Çempionlar Liqasının oyunları bu möhtəşəm əsərlə başlayır.

Buyurun, nə vaxtsa canlı eşitmək arzusunda olduğumuz himn bu ay ilk dəfə olaraq Azərbaycanda da səslənəcək.

Gəlin, Respublika stadionuna komandanıza dəstək də olun, tüklərimizi biz-biz edən o əzəmətli əsəri canlı olaraq dinləyin də.

... Və «Qarabağ»a sağ ol deyin! (qol.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)