vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:54 | 18 oktyabr 2018 | Cümə axşamı Məqaləyə 2199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə baş verən siyasi qətllər

(İkinci yazı)

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

...Səfir və həyat yoldaşı partlayış dalğasının təsiri ilə yerə yıxılırlar. Hadisəni görən yaxınlıqdakı İtaliya səfirliyinin əməkdaşı Konstantino Liberali onlara yaxınlaşır və soruşur: “Yaralısız?” Birinci Dünya savaşının iştirakçısı olmuş keçmiş zabit fon Papen cavab verir: “Yox. Lənət olsun, ən yaxşı paltarım korlandı...”

Frans fon Papen I Dünya müharibəsi zamanı Ənvər paşanın yaratdığı, türk və alman zabitlərindən ibarət birgə qərargahın mayor rütbəli zabiti idi. Atatürk və İnönü onu Fələstin cəbhəsindən yaxşı tanıdıqları üçün səfir vəzifəsinə təyinatı üçün aqreman verməmişdilər. (Əvvəlcə Atatürk, o vəfat etdikdən sonra İnönü.) Nəhayət, 1939-cu ilin aprelində İnönü Hitlerin təyinatını üçüncü dəfə rədd etməyin arzuolunmaz nəticələrə səbəb ola biləcəyini görərək Papenin Ankaraya gəlməsinə razılıq verir...

Frans fon Papen 1913-15-ci illərdə Almaniyanın ABŞ-dakı hərbi attaşesi vəzifəsində çalışmışdı. Nyu Yorkda Almaniyaya işləyən geniş casusluq şəbəkəsinin qurulması, Fransa və İngiltərəyə ABŞ-dan strateji əhəmiyyətli yüklərin göndərilməsini əngəlləmək üçün diversiyaların təşkili, Meksikada çevrilişə cəhd, Kanadada təxribatların törədilməsi kimi qaranlıq işlərin təşkilatçısı olduğu müəyyənləşdikdən sonra (bu barədə ingilis kəşfiyyatı sübutlar toplamışdı) ABŞ hökuməti onu “persona non grata” elan edir. Papenin nə qədər önəmli fiqur olduğunu onun 1932-ci il iyunun 1-dən dekabrın 2-nə qədər Almaniyanın reyxkansleri, 33-cü ildə isə Hitler hökumətində vitse-kansler olması faktı da bariz şəkildə göstərir. Hitlerin belə bir təcrübəli şəxsi Ankaraya səfir göndərməkdə məqsədi I Dünya savaşında olduğu kimi, Türkiyəni Almaniyanın tərəfində müharibəyə cəlb etmək və ya ən azı Türkiyənin ingilislərin tərəfində Almaniyaya qarşı savaşa qoşulmasına yol verməmək idi. Stalin isə öz növbəsində Türkiyənin Almaniyanın müttəfiqi olmasını əngəlləmək istəyirdi. Eyni zamanda, sovet kəşfiyyatı öyrənmişdi ki, Papenin ingilislərlə gizli təması var və Almaniyada bəzi çevrələr Hitleri devirib, yerinə Papeni gətirmək, daha sonra İngiltərə ilə separat sülh imzalamaq niyyətindədir. Bu səbəblə sovet rəhbərliyi onu aradan götürməyə qərar verir...

Türkiyə məlumat alır ki, Almaniya SSRİ xalqlarının nümayəndələrindən ibarət legionlar yaradır. Türkiyənin rəsmi dairələri, eləcə də o vaxt hər hansı rəsmi vəzifəsi olmayan Nuri paşa türk legionlarının yaradılması və SSRİ türklərinin taleyi ilə bağlı məsələləri fon Papenlə müzakirə edir, hətta Türkiyə Baş Qərargahının nümayəndə heyəti bu məqsədlə Almaniyaya səfər edir və Hitlerlə görüşür. Almanlar Nuri paşanın fikirlərindən yararlansalar da, özünü bu işə yaxın buraxmırlar, rəsmi səviyyədə də anlaşma olmur. Amma bu təmaslar SSRİ-ni narahat etmişdi...

ABŞ kəşfiyyatı 1947-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) adı ilə yenidən təşkil edilərkən (əvvəl bu işlə Strateji Xidmətlər Ofisi - OSS məşğul idi) və böyüdülərkən yeni qüdrətli düşmən - SSRİ barədə məlumatlara ciddi ehtiyac var idi. Şərq cəbhəsində faşistlərin kəşfiyyat rəhbəri olmuş Reynhard Gelen müharibədən dərhal sonra amerikalılara təslim olmuş və daha öncə “qara gün” üçün Alp dağlarında gizlətdiyi SSRİ haqqında bütün məlumatları, agent kartotekalarını onlara təhvil vermişdi. Bu xidməti sayəsində o, nəinki məsuliyyətə cəlb edilmədi, üstəlik Qərbi Almaniyada ABŞ-ın maliyyəsi ilə kəşfiyyat təşkilatı qurub, SSRİ və Şərqi Avropa istiqamətləri üzrə fəaliyyət göstərməyə başladı. Almaniyanın kəşfiyyat orqanı BND məhz Gelenin təşkilatının bazasında, onun rəhbərliyi ilə quruldu. Amerikalılar İsmayıl Əhmədovla da maraqlandılar və Türkiyə 1948-ci ildə onu özünün razılığı ilə ABŞ-a verdi. Beləliklə, İ.Əhmədov CİA-yə SSRİ istiqaməti üzrə məsləhətlər verməyə, agenturanın hazırlanmasında iştirak etməyə başladı. Sonralar o, öz həyat və fəaliyyəti haqda “Stalin QRU-sunun içində və dışında: bir tatarın Qızıl Ordu kəşfiyyatından qaçışı” adlı kitab da yazdı. (CİA-in “soyuq müharibə” dövründə ən məşhur türk əsilli əməkdaşı isə Ruzi Nazar adlı özbək olub. Bu barədə daha sonra yazaram.)

P. S. Türkiyə sovet kəşfiyyat zabitləri Mordvinov və Kornilovu həbsə məhkum etsə də, 2 il sonra onları SSRİ-yə təhvil verdi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)