vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 30 noyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
11:17 | 3 avqust 2020 | Bazar ertəsi Məqaləyə 1659 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

EKTİS nə üçün lazımdır?

İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

“Elektron kənd təsərrüfatı” İnformasiya Sistemi Haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər. Fermerdən tədarük edilən məhsulları saxlamaq üçün istifadə edilən soyuducu anbarlar, taxıl elevatorları və istixanalar onlar üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun olaraq informasiyanı mütəmadi sistemə daxil edəcəklər.

Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması aktualdır.
Bununla əlaqədar,

1. ölkədə ərzaq ehtiyatlarının idarə edilməsi və bu sahədə yarana biləcək risklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi,

2. ölkədə mövcud soyuducu anbarlar, istixanalar və taxıl elevatorlarından istifadə səviyyəsinin qiymətləndirilməsi,

3. bu sahədə təhlillərin aparılması,

4. dəstək tədbirlərinə ehtiyacın müəyyən edilməsi

məqsədilə soyuducu anbarların, istixanaların və taxıl elevatorlarının EKTİS-də reyestrinin yaradılması və bu sistem vasitəsilə mütəmadi (aylıq) hesabatlılığının həyata keçirilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən ölkədə kənd təsərrüfatı sahəsində dövlət dəstəyinin elektron qaydada göstərilməsi üçün EKTİS-in imkanlarından istifadə edilməklə ölkədə fəaliyyət göstərən fermerlərin, tədarükçülərin, baytarların, süni mayalanma mütəxəssislərinin və digər kənd təsərrüfatı subyektlərinin xidmət göstərməsi və ya xidmət alması təmin edilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *