«SABAH-ın məzunu»
Heydər Əliyev Mərkəzində mərasim keçirilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Dünya yuxutək əriyir”
Tiflisdə Leyla Əliyevanın şeirləri əsasında tamaşa səhnələşdirilib
-
Leyla Əliyeva çimərlikləri xalqa qaytarır
Kölgəliklər, duş, soyunub-geyinmə kabinləri, sanitariya qovşaqları, futbol-voleybol meydançaları və daha nələr
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Birinci vitse-Prezident Gəncəyə səfər edib
Mehriban Əliyeva şəhərin problemləri ilə yaxından maraqlanıb
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Təbiət və dəbin vəhdəti
Heydər Əliyev Mərkəzində “Moda məkanı” sərgisi
-
Leyla Əliyeva uşaq festivalında
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm bayram keçirilib
-
“Dünyanın ən güclü əlliliyindəyik”
Prezident İlham Əliyev: “Güclü ordu müstəqilliyin qarantıdır”
-
“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs”
Heydər Əliyev Mərkəzində tarixi-sənədli sərginin açılış mərasimi olub
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
Moskvada «Xocalıya ədalət!» istənildi
Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
-
İDEA-dan ideal aksiya
Leyla Əliyeva «Xocalıya ədalət!» kampaniyası çərçivəsində ağacəkmə tədbirində iştirak edib
-
«Badam ağacı çiçəkləyəndə»
Leyla Əliyeva Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşanın təqdimatında iştirak edib
-
Balacalara nağıl kimi bayram
Heydər Əliyev Fondu uşaqlar üçün təşkil etdiyi ənənəvi şənlikdə Birinci vitse-prezident Mehriban Əliyeva təbrik nitqi söylədi
-
Əzazil nazirin rəzil sonu
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
-
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı
Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu
İyunun 4-də Heydər Əliyev Mərkəzində «SABAH-ın məzunu» mərasimi keçirilib. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Əvvəlcə Leyla Əliyeva «Mən SABAHAM» adlı sərgi ilə tanış olub. Sərgidə gənclər Leyla Əliyeva ilə öz innovativ ideyalarını bölüşüblər.
«SABAH-ın məzunu» mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda SABAH-ın ilk məzunlarına uğurlar arzulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. SABAH könüllülərinin ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.
Daha sonra SABAH-ın məzunları – Bakı Dövlət Universitetinin tələbəsi Günay İmanzadə və Azərbaycan Texniki Universitetinin tələbəsi Şahin Xəlilov SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsildən danışıb, SABAH-ın yaratdığı imkanlar, qazandıqları bilik və təcrübənin gələcək karyeralarında mühüm rol oynayacağını bildiriblər.
Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək SABAH qruplarının ilk məzun mərasiminin məhz ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsinin rəmzi məna daşıdığını bildirib. Nazir vurğulayıb ki, savadlı, bacarıqlı və hazırlıqlı gənclər ölkəmizin gələcəyini təmsil edirlər. Məhz bunun üçün də təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub. Mikayıl Cabbarov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təhsil naziri Birinci vitse-prezidentin müraciətinin təhsilə və gənclərə diqqət və qayğısının daha bir təzahürü olduğunu qeyd edib. SABAH-ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən M.Cabbarov bu qrupların gənclər üçün yaratdığı imkanlardan danışıb. Çıxışının sonunda SABAH-ın məzunlarını təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir. SABAH qruplarının professor-müəllim heyəti, ümumilikdə, 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.