ADU və BSU birləşdiriləcık?
İki dövlət universiteti barədə şayiələr dolaşır
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni yalanlarını darmadağın edən nəşr
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
-
4 il oxu, axırda da qal işsiz...
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
-
ADU yenidən təşkil edilir
Prezident sərəncam imzaladı
-
Kamal Abdulla yenidən rektor oldu
Bu dəfə Azərbaycan Dillər Universitetində...
-
Cəmiyyətimizin kitab problemi
Tirajı 1000-ə çatmayan nəşrlərin qiyməti «zilə» çıxır
-
«Kitab qiymətləri əl yandırır»
Azərbaycanda tələblər hansı imtiyazları istəyir?
-
NASA-dan açıqlama
Hamını aldadan «fərasətli» uşaq
-
«Mələk beyni» ideyasının müəllifi...
Azərbaycanlı tələbə NASA-da təcrübə keçmək şansı qazanıb
-
Tələbələr təhsil haqqını nə vaxt ödəməlidir?
Bütün ali məktəblərdə tələb eynidir, birinci il ...
-
Naziri yeni komanda yığır
«Rektorların dəyişdirilməsi prosesi davam edəcək»
-
Rektorluqdan azad edildi
İlham Əliyev Kamal Abdulla daha yüksək posta təyin etdi
-
İki ali təhsil müəssisəsinin - Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Slavyan Universiteti (BSU) birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır. O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur.
Digər tərəfdən 1990-cı illərdən əvvəl bu universitetlər bir olub. Bəzi məlumatlara görə, belə bir rəsmi qərarın veriləcəyi gözlənilir.
Maraqlıdır, bu universitetlərin birləşməsi hansı meyarlar əsasında gerçək ola bilər?
Təhsil eksperti Kamran Əsədov Modern.az-açıqlamasında deyib ki, əslində adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zəruridir.
«İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar bir-birlərini təkrar edir. Onlardan biri də, ADU və BSU arasındadır. Düzdür, biz tarixi və siyasi baxımdan slavyan ölkələri ilə münasibətlərimiz olduğuna görə bu ləğvin həyata keçirilməsi çətin prosesdir, amma nəzərə alsaq ki, slavyan dilləri Azərbaycanda xarici dil statusunu daşıyır və xarici dillərin tədrisi vahid bir təhsil ocağında həyata keçirilməlidir, o zaman bu birləşmə labüddür».
Təhsil ekspertinin sözlərinə görə, əgər universitetlər birləşsə, tədris prosesi BSU-da aparıla bilər.
«Bundan başqa, hər iki universitetin tədris binalarının yaxın olması, rəhbərliyin idarəçilik təcrübəsinin olması bu informasiyanı həmişə aktual edir. Xüsusi ilə qeyd etmək lazımdır ki, son bir il ərzində, Slavyan Universitetində həyata keçirilən yenidənqurulma, bərpa işləri BSU-ya yeni imic, maraq formalaşdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, birləşmə həyata keçirilsə, əsas tədris binası, mərkəzlər indiki BSU-nun inzibati binasında həyata keçirilə bilər. Çünki indi bunun üçün kifayət qədər böyük imkanlar yaradılıb».