
İspaniyanı iflic edən oğurluq
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
Piza qülləsinin əkizl ondan daha mailidir
Dünyanın ən ləzzətli yeməyi bu üç şəhərdə
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
“Yeddi təpəli şəhər yerlə-yeksan olacaq”
Neapolda trosun qopması faciəyə səbəb oldu
Vatikan Antoni Qaudinin adı barədə prosesə başlayıb
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
Hansı Avropa şəhərlərində yaşamaq üçün çox pula ehtiyacınız yoxdur?
Ağardıcı ilə dezinfeksiya edilib, istifadə tarixi dəyişdirilib
“Mən bütün bu şeyləri bilmək istəmirəm”
Mağazalarda satışdan çıxarılıb
İtaliyada yeni doğulan körpə nisbəti rekord həddə düşüb
İtaliyanın ən zəngin iki şimal vilayətində daha geniş muxtariyyət əldə edilməsi məqsədi ilə referendum keçirilir.
İtaliyanın maliyyə paytaxtı olan Milan şəhərinin yerləşdiyi Lombardiya vilayəti və Venesiya şəhərinin yerləşdiyi Veneto vilayəti, ikisi birlikdə ölkənin milli sərvətinin 30 faizini təmin edir.
Hər iki vilayətin qubernatorları Şimal Liqasına daxildir.
Bu qurum İtaliyanın zəngin şimal regionları hesabına ölkənin nisbətən yoxsul cənub hissəsinin maliyyələşdirilməsindən narazıdır.
Hər iki referendumda «Hə» deyənlərin qələbə çalacağı gözlənilir, lakin onların nəticələri mərkəzi hökumət üçün icbari səciyyə daşımır.
Romadakı mərkəzi hökumət referendumların keçirilməsinə ehtiyacın olmadığını qeyd edib.
Ölkə konstitusiyası belə referendumların keçirilməsinə icazə verir.
Lombardiya prezidenti Roberto Maroni İtaliyadakı referendumun İspaniyadakı Kataloniya müstəqilliyi referendumundan fərqli olduğunu vurğulayır.
«Biz Kataloniya deyilik», - o, Milanda «Reuters» agentliyinə bildirib.
«Biz İtaliya tərkibində qalaraq, daha geniş muxtariyyət istəyirik, Kataloniya isə Avropa İttifaqının 29-cu üzvü olmaq istəyir. Biz isə, yox… İndi, yox», - Roberto Maroni qeyd edib.