vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
12:57 | 21 aprel 2018 | Şənbə Məqaləyə 3414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Prezident İlham Əliyevə təşəkkür edirəm”

Baş nazir Novruz Məmmədovdan ilk açıqlama: “İnkişafı daha sürətləndirmək lazımdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq lazımdır, inkişafı daha sürətləndirmək lazımdır. Bundan sonra çalışacağam ki, ölkənin inkişafı üçün əlimdən gələni edim”.

 

***

 

12:20

Milli Məclis Novruz Məmmədovun Azərbaycanın baş naziri postuna namizədliyini təsdiq etdi.

 

***

 

12:08

Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Artur Rasizadə 1996-cı ildən ölkənin baş naziridir.


***


12:00

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov baş nazir postunda Artur Rasizadəni əvəz edəcək.

Virtualaz.org xəbər verir ki, bu barədə Milli Məclisdəki mənbələr məlumat sızdırıblar. Daha əvvəl isə prezidentliyə keçmiş namizəd, deputat Zahid Oruc özünün “Facebook” səhifəsində Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin irəli sürüldüyünü yazıb.

N.Məmmədovun namizədliyinin Milli Məclisə təqdim edildiyi barədə “İnterfaks” agentliyi də bildirir. Yaxın dəqiqələrdə Milli Məclisin iclası başlayacaq və N.Məmmədovun namizədliyi müzakirə olunacaq.

N.Məmmədovun 72 yaşı var, 1947-ci ildə Naxçıvanın Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə rəhbərlik edir, 2017-ci ildə prezidentin xarici əlaqələr üzrə köməkçisi təyin olunub.