
Xələfov niyə geri qaytarıldı?
Prezident Xəzərin problemini nazir müavinin xələfinə etibar etmədi
Prezident Xəzərin problemini nazir müavinin xələfinə etibar etmədi
İlham Əliyev meşələrlə bağlı qərarı ləğv etdi
Deputatlar Baş nazirin qərarını anlamadılar
Yeni təyinatlar köhnə işçiləri təlaşlandırıb
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
Baş nazir Novruz Məmmədovdan ilk açıqlama: “İnkişafı daha sürətləndirmək lazımdır”
REAL lideri elektron bilərzikdə gəzmək niyyətində deyil
Novruz Məmmədovdan Beynəlxalq təşkilatlar haqda sərt sözlər
Prezidentin köməkçisi: «Dövlət başçısı kimi statusun varsa, belə riyakarlıq etmək olmaz»
... və əgər çıxarsa, nələr baş verə bilər?
Prezidentin köməkçisi: «Bu siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?»
Novruz Məmmədov: «Dünyada artan nüfuzu kimlərinsə yuxusuna haram qatıb»
«Xocalıya ədalət!» aksiyası 40-dan çox ölkədə keçirilib
Administrasiyadan Minsk Qrupuna etiraz
Serj Sərkisyan silahdaşlarını toplayıb Azərbaycana uduzduqlarını açıqladı
Bu gün Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün «Twitter» bloqunda amerikalı siyasətçi, «Trampa qarşı demokratik koalisiya»nın üzvü Skott Dvorkinin ondan üzr istəməsini tələb edib.
Virtualaz.org N.Məmmədovun bloquna istinadla xəbər verir ki, buna səbəb Dvorkinin Prezident Admnistrasiyasının şöbə müdiri barədə yaydığı məlumatdır. N.Məmmədovun tviti belədir:
«Əziz» Dvorkin, mən gözlədim və bir müddət düşündüm ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı deyəcək və nəhayət buna görə üzr istəyəcəksiniz. Lakin görürəm ki, yalan məlumat yaymaq sizin gündəlik işinizdir. Budur, sizin yaydığınız informasiya ilə bağlı mənim təklifim belədir. Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondomunimun (kooperativ binada mənzil) sahibiyəm, həmin mənzilin birini sizə hədiyyə edəcəyimi bəyan edirəm. Əks halda siz üzr istəməlisiniz, əgər şərəf və ləyaqətiniz varsa».
Bəs Skott Dvorkinin yaydığı hansı məlumatdan söhbət gedir? Virtualaz.org müəyyənləşdirib ki, amerikalı siyasətçi Novruz Məmmədov barədə məlumatı martın 15-də özünün Twitter bloqunda yayıb. İddia edib ki, N.Məmmədov 2006-cı ildə Mayamidəki məşhur «Trump Palace»də iki mənzil alıb.
Həmin günlərdə ABŞ məbuatı Trampın Rusiya ilə şübhəli işbirliyi barədə iddiaların izi ilə gedərək yazırdı ki, rusiyalı oliqarxlar 2000-ci illərin ortalarında «Trump Tower»dən mənzillər alıblar. Trampın «qülləsində» mənzillərin qiymətləri milyonlarla dollardır.