
“Qanı qarışmışlar”
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
Sərkisyanın istefasından keçən 1 ildə ...
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
İran Ermənistan ərazisindən qaz nəql etmək niyyətində deyil
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
Ermənistanın baron Münhauzeni xatırladan rəhbəri …
Köçəryanın azad olunması çətinləşir
Hadisələr həbsə doğru gedir ...
İrəvanda yüksək vəzifəli məmurlar dindirilir
Eks-prezident 10 nəfərin ölümündə günahlandırlır
Əsas rıçaqlar birincinin əlindədir
Ermənistanın daxili reallığının bir aspekti
Onun vəziyyətdən çıxmaq üçün alternativi yoxdur
«Ermənistan Prezidenti Serj Sərkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşdən sonra səsləndiriləcək bəyanatla razılaşdı, ancaq görüşdən sonra ağlına gələni deyir».
Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib. Novruz Məmmədov bildirib ki, bununla da S.Sərkisyan tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib: «Azərbaycan Prezidenti, digər dövlət rəsmiləri Ermənistanın dövlət başçısına cavab verdi. Sərkisyan həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, amma görüşdən çıxandan sonra riyakarlıq edir, başqa cür danışır. Əgər Ermənistan Prezidenti bununla razı deyildisə, görüşdə bunu bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra bildirəcək. Bu halda ona xalqının inamı necə olacaq? O, xalqının inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlərə əvvəlcə söz verib sonra başqa addım atan prezident barədə nə düşünürlər?! Əgər dövlət başçısı kimi statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı».
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Ermənistan xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb: «Ermənilər ölkələrini tərk edirlər. Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir».