
Rusiya Azərbaycanın müttəfiqidirmi?
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
XİN rəhbərləri ABŞ-a dəvət olundu
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
... Ayxan Hacızadə kimdir?
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
Azərbaycan Fransaya etiraz notası verdi
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi
Hindistan səfiri XİN-ə çağırılıb
Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovu yenidən öz vəzifəsinə qaytardı? Axı Xələf Xələfov 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi.
Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu. Aydındır ki, o zaman bu qərar prezidentlə razılaşdırılmışdı. Belə düşünülürdü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışıqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı.
Prezidenti sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olundu. Elə təyinatın əsl mahiyyəti də bundadır.
Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibinin bölüşdürülməsiylə bağlı Türkmənistan və İranla danışıqları davam etdirməlidir. Çünki Konvensiya bu məsələni həll etməyib.
İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlər bu istiqamətdə də danışıqları zəruri edir. Sərhəd məsələsini müəyyənləşdirməli olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb.
Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəbər verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomatı köhnə vəzifəsinə niyə qaytarırdılar ki? (“Atlas” Araşdırmalar Mərkəzi)