Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:42 | 6 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 3183 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib».
Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb.
«Bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq düşmənlərimizin, bədxahlarımızın, bizi gözü götürməyənlərin yuxularına haram qatıb. Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların «xidmətlərindən» yararlanmağa çalışırlar», - N.Məmmədov qeyd edib.
O bildirib ki, yalanın ömrü az olar, ayaq tutar, yeriməz: «Onlar Azərbaycana, ölkə rəhbərliyinə qarşı yönələn bu həmlələrlə dünya birliyini çaşdıra bilməzlər. Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanmışdır, öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür. Soros isə qoy cavab versin maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ Ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!»