
Berlin-Bakı-Ankara normativləri ...
... Yaxud Fransa kartını neytrallaşdıran qiymətli manera
... Yaxud Fransa kartını neytrallaşdıran qiymətli manera
Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Zəngəzur dəhlizi və regional geosiyasi perspektivlər
Enerji siyasəti üzərindən qlobal və regional təhlükəsizlik
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
Türk dövlətləri ilə ticarət rekord həddə
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
İranın vurulması Zəngəzurdan başlamalıdır
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri gerçəkləşdirdi.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı son iki sərəncamı ilə iqtidar komandasının bəzi üzvləri kənarda qaldı.
Baş nazir Artur Rasizadə təqaüdə göndərildi, onun yerinə Novruz Məmmədov gətirildi.
Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov da vəzifələrini itirdilər.
Əvəzində Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini postuna aparıldı.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən uzaqlaşdırılaraq, yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib.
Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilən Heydər Əsədovun yerinə ASAN Xidmət-in sədri İnam Kərimov təyinat alıb.
Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrliyində sələfi Əli Həsənovu əvəzləyib.
Yeni təyinatlar bununla bitməyib. Ceyhun Bayramov təhsil naziri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vəzifəsindən uzaqlaşdırılan Nazim İbrahimovun yerinə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Həmçinin, Səfər Mehdiyev vəzifəsindən azad edilən Aydın Əliyevin əvəzinə Dövlət Gömrük Komitəsinin sədrliyinə gətirilib.
Yeni yaradılan Dövlət Turizm Agentliyinin sədri isə Fuad Nağıyev olub. Milli Məclisin deputatı Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təyinat alaraq, sələfi Firudin Nəbiyevi əvəzləyib.
Hökumətdəki dəyişikliklər bütün diqqəti yeni rəhbər təyinatı gerçəkləşdirilən qurumlara yönəldib.
Modern.az-a daxil olan məlumata görə, artıq həmin qurumlarda köhnə rəhbərin komandasından olan, illərdir ştatda sadəcə adı keçməklə əmək haqqı alan şəxslər böyük təlaş içərisindədir. Çünki yeni təyinatların kifayət qədər gənc, bacarıqlı, bilikli, peşəkar olduqları heç kimə sirr deyil. Köhnə kadrları təlaşa salan da, əslində peşəkarların tələblərinə cavab verəcək potensiala sahib olmamalarıdır. Yaxın vaxtlarda yeni rəhbərlərin köhnə komandanın bəzi üzvlərindən qurtulmağın ən optimal yolu kimi ixtisara gedəcəkləri gözlənilir...
Gülşən RAUFQIZI