vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AVROPA  
“Heç də asan deyil” 09:56 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2255 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç də asan deyil”

Neftin bahalaşması Avropanın başını ağrıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

“Financial Times”da yer alan məqalədə, Avropa Bölgəsinin, Fevral ayında 50 dollar olan neft qiymətlərinin Mayda 68 dollara qalxmasının mənfi təsirlərini hiss etməyə başladığı bildirilib.

Adətən neft qiymətləri yüksələn zaman Dolların zəifləmə göstərməsinə baxmayaraq, bu dəfə Avronun zəifləməsi neft qiymətlərdəki artımın təsirinin artmasına səbəb olub. Həmçinin Avropa Regionu 2017-dəki güclü inkişafın ardından geriləmə siqnalları verir və neftin bahalaşması vəziyyəti daha da ağırlaşdıra bilər.

Aparılan sorğular, neft qiymətlərinin yüksəlməsinin şirkətlərin xərclərini artıracağını göstərir. Enerji və yanacaq məsrəfinin artması ilə, şirkətlərin May ayında xərcləri 3 ayın ən yüksək səviyyəsinə qalxıb.

Digər tərəfdən, Avropalı taksiçilər də vəziyyətdən mənfi təsir görürlər. Fikir bildirən taksi sürücüləri, “Yanacaq qiymətləri hər gün yüksəlir. Bir şəkildə idarə edirik, amma heç də asan deyil” açıqlamasını ediblər.

Rəsmilər, neft qiymətlərinin 50 faiz artmasının Avropanın ümumi daxili məhsulunun artım tempini 0.6 faiz azaltdığını iddia edib.