vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
1,2 milyon illik buz nüvələri 17:59 | 21 mart 2025 | Cümə Məqaləyə 169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1,2 milyon illik buz nüvələri

Antarktidadan çıxarılan nümunələri Avropada tədqiq ediləcək

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Antarktidadan çıxarılan və yaşı 1,2 milyon ildən çox olduğu bildirilən buz nüvələri Avropa Komissiyasının dəstəklədiyi “EPICA-dan kənar – Ən qədim buz” layihəsi çərçivəsində ekspertiza üçün Avropaya göndərilib.

Layihənin internet saytında verilən açıqlamada, alimlərin buz nüvələrinin əmələ gəlməsi dövrlərində atmosfer qazları, toz və izotop kompozisiyalarını qeyd edərək, Yerin 1,2 milyon ildən çox davam edən iqlim tarixinə işıq salmağı planlaşdırdıqları bildirilib.

Açıqlamada, Antarktidada aparılan araşdırmalar zamanı təxminən 2800 metr dərinlikdən çıxarılan buz nüvələrinin tədqiqat gəmisində mənfi 50 dərəcədə saxlanılan konteynerlərdə Avropaya daşındığı bildirilib.

Buz nüvələri aprelin 22-də İtaliyaya çatacaq, oradan Almaniyaya göndəriləcək və kiçik parçalara bölünərək layihədə iştirak edən tədqiqat müəssisələrinin laboratoriyalarına paylanacaq.

Bəyanatda fikirlərinə yer verilən “Beyond EPICA” layihəsinin koordinatoru Karlo Barbante, “Keçən qazma mövsümü diqqətəlayiq bir müvəffəqiyyət oldu. Son bir neçə gündə biz son 1,2 milyon ilin və bəlkə də daha əvvəllərin keçmiş iqlim tarixini ortaya çıxaracaq təhlillər planlaşdırdıq. Nümunələrin tezliklə alınmasını səbirsizliklə gözləyirik”, – deyib.