
1,2 milyon illik buz nüvələri
Antarktidadan çıxarılan nümunələri Avropada tədqiq ediləcək
Antarktidadan çıxarılan nümunələri Avropada tədqiq ediləcək
Antarktida dünyanın ən güclü okean axınını yavaşladır
Qütblərdə yaşamaq üçün mübarizə
Ətrafa gündə 80 qram qızıl yayır
Alimlər xəbərdarlıq edirlər – bunun böyük təsirləri ola bilər
Antarktidada nəhəng buz kütləsi altındakı “sirli” kəşf
Belə getsə, önümüzədki 200 ildə dəniz səviyyəsi 3 metr artacaq
Son 50 ildə orada temperatur təxminən 3 dərəcə artıb
Yeni torpağın 95 faizi suyun altındadır
Yeni torpağın 95 faizi suyun altındadır
Məlum olub ki, Antarktidadakı bəzi dəniz qurdları dondurucu soyuqda sağ qalmaq üçün bakteriyalardan kömək alır. Məlumdur ki, bəzi canlılar, məsələn, buz balıqları, soyuq sularda donmamağa kömək edən müəyyən zülallar istehsal edirlər. Digər tərəfdən mayelərə qoyulan antifriz kimi təsir yaradan bu xüsusiyyəti olmayan canlılar da Antarktika sularında yaşaya bilirlər.
Bunun necə mümkün olduğunu öyrənmək üçün tədqiqatçılar dəniz qurdlarının bəzi növlərini araşdırıblar.
Ross dənizi sahili boyunca çöküntü nümunələri toplayan tədqiqatçılar dəniz qurdlarının üç fərqli növünü tapıblar. İkisi cəsədlərlə qidalanan, biri isə yırtıcı olan bu qurdlar təkbaşına yaşaya bilməyəcək qədər soyuq sularda yaşayırlar.
“Science Advances” jurnalında dərc olunan araşdırmada qurdları kəsib daxilinə baxan elm adamları iki bakteriya aşkar ediblər.
Bu bakteriyalar, “Meiothermus silvanus” və “Anoxybacillus flavithermus”, prolin və qlikol istehsal edir. Mayelərin donmasının qarşısını alan antifriz kimi təsirə malik olan bu iki kimyəvi maddə hüceyrənin donmasının qarşısını alır.
Tədqiqatçılar analizlər nəticəsində bu bakteriyalarla dəniz qurdları arasında simbiotik əlaqənin qurulduğunu müəyyən ediblər. Qurdlar bakteriyalara yaşayış yeri verdiyi üçün qarşılığında donmaqdan xilas olur.
Alimlər bu əlaqənin uzun müddətdir davam etdiyini və qurdların bakteriyaları nəsildən-nəslə ötürdüyünü düşünürlər. Ancaq bunu təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var.
Tapıntılar hüceyrələrin dondurucu temperaturda canlı saxlanıldığı in vitro mayalanmada istifadə edilən kriokonservasiya üçün mühüm təsir göstərə bilər.
Antarktidada temperatur artdıqca bu, dəniz canlılarının qorunması səylərinə də töhfə verə bilər. Burada yaşayan canlıların uyğunlaşmalarını başa düşmək onların nəslinin tükənməsinin qarşısını almaq üçün daha təsirli üsulların işlənib hazırlanmasında vacibdir.