Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti
Bəstəkarlar İttifaqında elmi konfrans
Savalan FƏRƏCOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Biz hamımız Üzeyir məktəbindən çıxmışıq”
Fikrət Əmirov: “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”
-
KORİFEY HACIBƏYLİLƏRdən –
ulu Azərbaycan mədəniyyətinə duruxmaz-xıxmaz sənət “Karvan”ı bəxş etmiş Soltan Hacıbəyov...
-
Ölüm sevinməsin qoy, ömrünü vermir bada…
Üzeyir Hacıbəylinin vəfatından 70 il ötür
-
Üzeyir Hacıbəyli günləri
Dahi bəstəkarın xatirəsinə həsr olunmuş növbəti musiqi bayramı
-
Hər gün təmasda olduğumuz dahi
İnsanın mənən təmizləndiyi, ruhən saflaşdığı məkan
-
«Biz ilə yevropalıların təfavütü»
Üzeyir bəy Hacıbəylidən möhtəşəm felyeton
-
«Mükafatlarım çoxaldıqca məsuliyyətim də artır»
Çinarə Əzimova: «Qarşıda məni çox sınaqlar, imtahanlar gözləyir»
-
Marionet «Leyli və Məcnun»
Marionet Teatrının açılış tamaşasında Üzeyir Hacıbəylinin muğam operası nümayiş olunub
-
Amerikanı fəth edən «Leyli və Məcnun»
Azərbaycan musiqisi Qərb tamaşaçısını valeh etdi
-
Topçubaşov niyə Nobel ala bilmədi?
Cərrahiyyəmizin banisinin kəşfi minlərlə əsgəri ölümdən xilas edib...
-
Dünyanı fəth edən səsin sahibi
Bütün dövrlərin musiqiçisi Müslüm Maqomayevin 72 yaşı tamam oldu
-
«Sabah» təkzib etdi
«Həmin şəxs səhv etdiyini boynuna aldı»
-
Hacıbəylinin də evi söküləcək?
«Bu tarixi binanın sökülməsi barədə qərar veriləcəyinə inanmıram»
-
Bu dəfə türkmən prezidentə sataşdı
««Şəbu hicran»ı oxusun görək oxuya bilərmi?»
-
Sentyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans keçirildi.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək 2009-cu ildən başlayaraq dahi Üzeyir bəyə həsr olunan beynəlxalq festivalın keçirilməsinin əhəmiyyətindən danışdı. Vurğuladı ki, mədəniyyətimizin bayramına çevrilən bu festival eyni zamanda dünyanın görkəmli musiqiçilərini də ölkəmizdə bir araya gətirir. Diqqətə çatdırıldı ki, Azərbaycan Bəstəkarlar İttifaqı ənənəvi olaraq bu musiqi bayramının təşkilində yaxından iştirak edir.
F.Əlizadə onu da bildirdi ki, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olublar. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir. Buna görə də onun əsərlərinin əhatə coğrafiyası gündən-günə genişlənir. Yeni-yeni tədqiqatlar aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.
Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini də vurğulayan F.Əlizadə dedi: “Üzeyir Hacıbəyli dövrünün tanınmış ziyalısı və ictimai xadimi kimi Xalq Cümhuriyyətinin yaranmasında, onun fəaliyyəti illərində əvəzsiz xidmətlər göstərib. Bəstəkarlar İttifaqında reallaşan elmi konfransda Üzeyir bəyin bu istiqamətdə gördüyü işlərdən bəhs olunacaq”.
Tədbirdə daha sonra Bəstəkarlar İttifaqının katibləri – əməkdar incəsənət xadimləri Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında “Koroğlu” operasının ənənələri”, Sərdar Fərəcov “Üzeyir Hacıbəylinin əsərlərinə edilən təcavüzlər”, musiqişünaslar Səadət Qarabağlı “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti”, Raya Abbasova “Leyli və Məcnun” operası Bakı Marionet Teatrının quruluşunda”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” və Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın “Üzeyir Hacıbəylinin təhsil dövründə cümhuriyyət ideyalarının təşəkkülü” mövzusunda məruzələri dinlənildi.