Neft qiymətləri yüksəlişdə
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
17:49 | 7 avqust 2019 | Çərşənbə
Məqaləyə 4085 dəfə baxılıb
Şriftin ölçüsü
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
Neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyəyə düşüb. “Brent” markali neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır. Ötən həftə proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət düşüşləri də istisna olunmur. Belə ki, ABŞ-ın sentyarb ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsinə yeni mərhələyə başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq indi qlobal arenada heç nə neft ölkələrinin xeyrinə dəyişmir.
Neftin dünya bazar qiymətində kəskin enişlər olarsa ölkəmizə daxil olan valyutanın həcmi yenidən azaldacaq. Azərbaycan ixracatının 90 faizinin enerji məhsullarının olduğunu nəzərə alsaq “qara qizilin” qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti “qırmızı zonaya” daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar.