
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukrayna prezidenti Vladimir Zelenski bu gün Münhen Təhlükəsizlik Konfransındakı çıxışında maraqlı və Rusiya üçün narahatedici məsələyə toxunub.
O bəyan edib ki, 1994-cü il Budapeşt razılaşma memorandumu üzrə, hansı ki, Ukraynanın nüvə silahından imtinası əvəzində, ona, təhlükəsizlik və ərazi bütövlüyü qarantiyası verirdi, məsələni yenidən baxılması üçün gündəmə gətirəcək. Və əgər, Ukraynanın təhlükəsizliyi pozulursa, (yəni, Rusiya tərəfindən) həmin o, razılaşma qərarları (nüvə silahından imtina da) şübhə altına düşür.
Bu nə deməkdir?
SSRİ dağılan an, Rusiya ilə birlikdə, Ukraynanın da nüvə silahı olub, həm də Çin və Britaniyada olandan da daha çox sayda. 1994-cü ildə ABŞ, Britaniya, Rusiya və Ukraynanın arasında, "Nüvə silahının yayılmaması" adlı memorandum imzalanıb. Bu razılaşmaya əsasən, Ukrayna öz, nüvə silahının ləğvinə, əvəzində qalan 3 nüvə dövləti isə onun təhlükəsizliyi və ərazi bütövlüyünə qarant durur.
Ukrayna isə, iddia qaldırıb ki, 2014-cü ildən bəri Rusiya Memorandumun şərtlərini daimi pozub. Belə ki, RF Federasiya Şurası 1 mart, 2014-cü il tarixdəki qərarı ilə Rusiya ordusunun Ukraynaya qarşı istifadə edilməsinə icazə verib. Eyni ilə də hərbi güc tətbiqi ilə, Rusiyanın Krımı anneksiya ilə özünə birləşdirməsi, Donetskdə, Luqanskda münaqişə salaraq, separatçı rejimi yaratmasını Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünə Rusiyanın təcavüzkar siyasəti yönlü bəyan edir.
Zelenskinin bu iddialarının arxasında Rusiyanın həmin Budapeşt razılaşmasına əməl etməməsi və buna görə də, Ukraynanın bu memorandumu (bəyannaməni) etibarsız hesab edib yenidən öz nüvə silahına malik olma statusunu bərpa etmə dayanır. Qərb isə, buna etiraz etmir. Və Rusiyanı narahat edən səbəb də, atom silahlı Ukraynadır. Bütün bu, gərginlik, qovğanın kökü də, bundadır.