
Tramp–Mask münasibətləri və “Amerika Partiyası”
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Respublikaçıların elektoratını parçalayan “Amerika Partiyası” ABŞ siyasətində nələri dəyişə bilər?
Nə həqiqi dini rejimdir, nə də ədalətə, insanlığa əsaslanır
Mişel Obama boşanma dedi-qodularını alovlandırdı
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Vaxt.az təhlil edir: Qərbin illərlə qurduğu texnoloji üstünlük necə əlindən çıxdı?
Silahlanma, nüvə proqramı, siyasi yaxınlaşma və Husi hücumları yeni müharibənin siqnallarıdır
ABŞ-Çin qarşıdurması yeni mərhələyə keçir
Rejim liderinin Azərbaycana nifrətinin kökündə nə dayanır?
NASA-nın başına İlon Maskın “dava etdiyi” nazir gətirildi
ABŞ-ın mis vergisində geri addım ata biləcəyi ehtimal edilir ...
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Tramp bir çox ölkəyə 15–20 faiz ümumi gömrük vergisini təsdiqləyəcək
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
“Goldman Sachs”: “Yenidən riskli valyutaya çevrilə bilər”
Tramp: “Bizimlə əməkdaşlıq etmək əvəzinə qarşılıq verməyi seçdilər”
İran dünya qüdrətləri ilə nüvə sazişini yekunlaşdırmaq üçün artıq “əlçatan” olan danışıqların yubanmasında ABŞ-ı günahlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 4-də beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın həssas nüvə fəaliyyətlərini məhdudlaşdıran 2015-ci il sazişini canlandırmaq üçün aylarla davam edən razılaşmanın bir neçə bəndini son dəqiqə pozduğunu bildirib və deyib ki, Tehran “əbədi olaraq gözləməyəcək”.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martın 22-də keçirdiyi brifinqdə “çətin hesab edilən qərarları qəbul etmək vəzifəsi Tehranın üzərinə düşür” deyib.
“Bu danışıqların dayandırılmasına görə Amerika cavabdehdir. Razılaşma çox yaxındır”, Xətibzadə həftəlik mətbuat konfransında bildirib.
Ən böyük və ən mürəkkəb maneə İranın Birləşmiş Ştatlardan iqtisadiyyatda mühüm rol oynayan və İran silahlı qüvvələrinin bir qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Xarici Terror Təşkilatları (FTO) siyahısından çıxarmasını tələb etməsidir.
Tehran SEPAH-ın qara siyahıdan çıxarılmasının “qırmızı xətt” olduğunu deyib. Vaşinqton məsələni birbaşa şərh etməsə də, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyalarının istənilən razılaşma əsasında qüvvədə qalacağını bildirib.
Birləşmiş Ştatlar rəsmilərinin regionda qeyri-sabitlik yaratmaqda və silahlı qruplaşmaları dəstəkləməkdə ittiham etdiyi SEPAH məsələsi mübahisəli olaraq qalır. SEPAH eləcə də İranın mübahisəli raket proqramına cavabdehdir.
İran 2015-ci ildə ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə əlamətdar saziş imzalayıb. Bu, İranın nüvə proqramlarını məhdudlaşdırmaq müqabilində sanksiyaların yumşaldılmasına imkan verib.
Lakin şərtlərin İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını alması üçün kifayət qədər sərt olmadığını və Tehranın regionda ekstremist fəaliyyətlərə dəstək verdiyi iddia edən sabiq Prezident Donald Tramp 2018-ci ilin mayında ABŞ-ı sazişdən çıxarıb.
İran nüvə silahı əldə etmək istədiyini təkzib edib. Nüvə proqramının mülki məqsədlər üçün olduğunu bildirib və ekstremistlərə dəstək ittihamlarını rədd edib.
Vaşinqtonun sazişdən çıxmasından sonra İran sazişdə müəyyən edilmiş məhdudiyyətləri pozub və ABŞ-ın razılaşmaya qayıtmasından əvvəl sanksiyaların ləğv edilməsində israr edib.