Dünya nəhəngindən bədbin proqnoz
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
14:22 | 11 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 960 dəfə baxılıb
Şriftin ölçüsü
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qərbin Rusiyaya qarşı sanksiyalarını genişləndirilməsinə rəğmən neftin dünya bazar qiymətində son günlər azalma müşahidə edilir. “Qara qızıl” yenə də dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunmasına baxmayaraq sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmadı. Neftin qiymətindəki azalmaların səbəbi nədir?
Əvvəla, ABŞ Rusiya neftindən imtina etsə də Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir. Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir. Hətta ilkin qiymətləndirmələr göstərir ki, Avropa Birliyində Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə bu həmin ölkədə bir sıra sənaye müəssisələrin dayanması və ya fəaliyyətlərini məhdudlaşdırlması səbəbindən 2.5 milyon nəfər işsizlik yarada bilər.
İkincisi, ABŞ və eləcə də OPEK bazar daha çox neft çıxarmağı hədəfləyir. Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir.
Üçüncüsü, enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftindən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir.
Dördüncüsü, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub.
Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir.