vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
19:08 | 27 aprel 2022 | Çərşənbə Məqaləyə 881 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı jurnalistə cinayət işi

Rövşən Əsgərova nasizmin reabilitasiyasında günahlandırılır

Tapdıq FƏRHADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvada nəşr olunan “Bakı” jurnalının direktoru Rövşən Əsgərova qarşı Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Rusiya Cinayət Məcəlləsinin 354.1 maddəsinin 4-cü hissəsi ilə (Nasizmin reabilitasiyası) cinayət işi qaldırılıb. Buna jurnalistin sosial şəbəkələrdə statuslarından birində Rusiya İnzibati Xətalar Məcəlləsinə İkinci Dünya müharibəsi zamanı SSRİ və faşist Almaniyasının rolunun açıq şəkildə eyniləşdirilməsinə görə məsuliyyət haqqında düzəlişlərə görə Rusiya Dövlət Dumasını tənqid etməsi səbəb olub.

“Rusiya İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-da “Facebook”da dahi rus sərkərdəsi və Vətənin keşikçisi, Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar dərc edib. Bu əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti tətbiq ediləcək”, Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.

Təqsirli hesab ediləcəyi təqdirdə Əsgərov 5 milyon rubla qədər cərimə və ya beş ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Amma qeyd edilən tarixdə, ondan əvvəl və sonra Əsgərovun sosial hesabında Jukov haqqında heç bir status yoxdur. Eyni zamanda, Əsgərovun səhifəsində Ukraynadakı müharibənin müəlliflərinə, faşist Almaniyası ilə tarixi bənzərlik və müqayisələrə, Rusiya televiziyasının və onun təbliğatçılarının fərsizliyinə çox sayda mənfi eyhamlar var.

Bununla yanaşı, Rövşən Əsgərov Rusiya İstintaq Komitəsinin qaldırdığı cinayət işi ilə bağlı hələ şərh verməyib.

Əsgərov Rusiyanın “Rossiya 1” dövlət televiziya kanalında yayımlanan “Çto, gde, kogda?” (“Nə, harada, nə vaxt?”) televiziya oyununun fəal iştirakçısıdır.