vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
OLAY  
20:52 | 27 aprel 2022 | Çərşənbə Məqaləyə 1971 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsgərova 5 il iş düşür?

Cinayət işi Dövlət Tarix Muzeyinin şikayəti əsasında qaldırılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın İstintaq Komitəsi (İK) “Nə, nə vaxt, harda” teleşousunun keçmiş iştirakçısı və “Bilicilər klubu”nun üzvü, azərbaycanlı jurnalist Rövşən Əsgərova qarşı nasizmə haqq qazandırılması ittihamı üzrə cinayət işi açıb.

İstintaqın versiyasına görə Əsgərov bu il aprelin 6-dan gec olmayaraq özünün “Facebook” səhifəsində “böyük Rusiya sərkərdəsi və vətənin müdafiəçisi, Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar yayıb”.

İK-nin rəsmi məlumatında deyilir: “İstintaq komitəsi vətən müdafiəçilərinin işıqlı xatirəsini ləkələməyə və alçaltmağa yönəlmiş istənilən cəhdlərin qarşısını, belə cinayətlərlə əlaqəsi olanların status və sosial vəziyyətinə baxmayaraq, prinsipiallıq və sərtliklə alacaq”.

Cinayət işi Dövlət Tarix Muzeyinin şikayəti əsasında qaldırılıb. Əsgərovun hərəkətlərinə “prosessual qiymət verilməsini” İK-nin başçısı Aleksandr Bastrıkin əmr edib.

Əsgərov “Facebook” postunda Jukovu “stajlı soyğunçu”, “poqonlu qatil” və “xırda oğru” adlandırıb. Rusiya CM-nin 354.1 maddəsi bu yaxınlarda sərtləşdirilib və indi bu ittihamla 5 il müddətinə azadlıqdan məhrum edilmək mümkündür.

Fontanka.ru saytı yazır ki, RT dövlət telekanalının baş redaktoru Marqarita Simonyan Əsgərova qarşı cinayət işi açılmasından məmnunluğunu bildirib: “İllərlə Rusiya tarixini, ordusunu və şərəfini lağa qoyan rusofob və şovinist Rövşən Əsgərova qarşı nəhayət ki, cinayət işi açıldı”.

Hazırda xaricdə olan Əsgərov Rusiya qayıtmaq niyyətində olmadığını bildirib. 49 yaşlı Rövşən Əsgərov Baku jurnalının piar-direktorudur.

***

Jukov 1947-ci ildə sovet xüsusi xidmətləri tərəfindən həqiqətən də “soyğunçuluqda” ittiham olunub.

O iddia edirdi ki, sahibi olduğu əmlakın bir hissəsi ona vərəsəlik payı kimi çatıb, qalanını isə öz pulu ilə alıb.

Bu da qeyd olunur ki, Jukova qarşı bu ittiham onun quru qoşunları baş komandanı vəzifəsindən istefaya göndərilməsi və ona yaxın generalların repressiya edilməsi üçün irəli sürülmüşdü.

Ötən ilin noyabrında “Roskomnadzor” Jukov barədə məqaləyə görə protokol tərtib etmişdi.

Həmin məqalədə deyilirdi ki, Jukovun imzaladığı sənədlərdən birində II Dünya müharibəsinin Leninqrad cəbhəsində düşmənə əsir düşənlərin ailə üzvlərinin güllələnəcəyi bildirilidi.