57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
17:42 | 17 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 689 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Məzar daşları dağıdıldı
Günahkar iqlim dəyişikliyidir?
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Trampdan kütləvi ixtisarla hədələdi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi, daha doğrusu ABŞ və Britaniyanın bunda maraqlı olması Türkiyə üçün tarixi imkan yaradıb: Ankara haqlı olaraq əlinə düşən fürsətdən maksimum istifadə edəcək.
Türkiyə hər iki ölkənin PKK və terror təşkilatının Suriya qanadı olan PYDYPG-yə, eləcə də FETÖ-çülərə dəstəyini kəsməsini, “qucaq açdıqları” terrorçuları təhvil verməsini istəyir. Berlində Çavuşoğlunun fin və isveçli həmkarı ilə apardığı müzakirələr Ankaranın istədiyi kimi getmədi. Ərdoğanın Ankaraya gəlmək istəyən iki ölkə nümayəndə heyətinə “gəlməsinlər, razılaşmayacağıq” çağırışı da tələbin sərtləşdirilməsi və istədiyini almadan “hə” deməyəcəyinə hesablanıb.
Və bu mesaj İsveç və Finlandiyadan daha çox Vaşinqtona ünvanlanmış kimi görünür. Çünki illərdir neytral mövqedə dayanan bu iki ölkənin PKK/PYD terrorçularını himayə etməsi özlərinin yox, ABŞ-ın, ümumilikdə PKK kartından Türkiyəyə qarşı istifadə edənlərin istəyidir.
Ukrayna müharibəsinin yaratdığı vəziyyət Türkiyənin bu məsələdə əlini gücləndirib və “müsbət baxmırıq” açıqlamasına “qapını da tam bağlamamışıq” sözlərini əlavə edən Ankaranın tələbi birdən çox ola bilər:
1. İki ölkənin (xüsusilə İsveç) terrorçulara dəstəyini kəsməsi, onları himayə etməsi siyasətinə yenidən baxmasıdır;
2. ABŞ-ın da PKK-nın Suriya qanadı olan PYDYPG siyasətinə yenidən baxmasıdır: Vaşinqton PYD-ni terrorçu yox, bölgədəki “müttəfiqi” hesab edir;
3. Rusiyanın Ukrayna müharibəsinə görə Suriyada aktivliyini azaltması və İranın güclənməsinə şərait yaratması qarşısında Türkiyənin mövqelərinin real olaraq dəstəklənməsi, güc balansının Ankaranın xeyrinə dəyişməsi şəraitinin yaradılmasıdır: bu, məhz Vaşinqtonun PYD kartından istifadəni ən azı azaltmasından keçir;
4. “F-35” proqramı da daxil olmaqla qeyri-rəsmi silah embargosunu qaldırılması və s.
İsveç və Finlandiya nümayəndə heyətinin Türkiyəyə səfər planı, Vaşinqtonun “anlaşa biləcəyik” kimi açıqlamaları Ankaranın tələbləri qarşısında güzəştlərin olunacağını deməyə əsas verir.
Lakin PKKPYD kartından nə qədər imtina ediləcəyi hələ də sual altındadır: Vaşinqton Suriyada və Suriya üzərindən ümumilikdə Yaxın Şərqdə strateji planlarını böyük ölçüdə PYD üzərindən qurub; istisna deyil ki, Türkiyəni vədlərlə razı salmağa çalışacaqlar, hərçənd, Ankaranın real addımlar olmadan razılaşacağı bu dəfə daha çətin görünür, bu baxımdan, hər iki ölkənin üzvlük məsələsi 29-30 iyunda keçiləcək Madrid sammitində həll edilməyə bilər.
Ankara ilə aparılan müzakirələrə paralel şəkildə Ərdoğan hakimiyyətinə müxtəlif vasitələrlə təzyiqlərin ediləcəyi də gözləniləndir.
Türkiyənin “veto” hüququndan təkcə Qərb yox, Rusiya qarşısında da istifadə imkanı var. Suriya, eyni zamanda Cənubi Qafqazdakı proseslərdə bundan yararlana bilər və bunun Qərb üçün arzuolunmaz ssenari olması Ankaranın ABŞ-la danışıqlarında da əlini gücləndirəcək.
Ankara böyük oynayır və geosiyasi şərtlər fonunda milli maraqlarını təmin etmək istəyində haqlıdır da.