İranın Keşm adası vuruldu
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
14:36 | 20 may 2022 | Cümə
Məqaləyə 1293 dəfə baxılıb
Şriftin ölçüsü
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Amerika Birləşmiş Ştatları Ukraynadan buğdanın Belarus ərazisindən dəmiryolu ilə Litvanın Klaypeda limanına ixracı marşrutunu nəzərdən keçirir. Bunun qarşılığında Belarus lideri Aleksandr Lukaşenkoya ölkənin potaş gübrə sənayesinə sanksiyaların altı aylığa qaldırılması təklif olunur. Bu haqda “Wall Street Journal” qəzeti yazır.
Vaşinqton potaşla bağlı sanksiyaları ötən il, Belarusun miqrasiya böhranı yaratması və ölkədə siyasi müxalifətə təzyiqinə cavab olaraq qoyub.
***
Rusiyanın fevralın 24-də Ukraynaya hücumu dünyada kəskin qiymət artımına səbəb olub. Ukrayna Qara dəniz limanlarına çıxışı itirdiyindən ölkədən buğda ixracı dayanıb. Beynəlxalq qurumlar inkişaf etməkdə olan ölkələrdə aclıq, bahalaşmanın kəskinləşməsi ilə bağlı xəbərdarlıq edirlər.
Moskvanın BMT-dəki səfiri Vasili Nebenzya isə dünən – mayın 19-da BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, ərzağın bahalaşmasına Qərbin Rusiyaya sanksiyaları və digər faktorlar səbəb olub, nəinki Ukraynada üç aya yaxındır gedən müharibə. Səfir Odessa və digər limanlardan buğdanın daşınması üzrə danışıqlar çağırışlarını da rədd edib.
“Wall Street Journal” yazır ki, Rusiyada son onillər məhsul yığımı artıb və indi Moskva ərzaqdan diplomatik təzyiq vasitəsi kimi istifadə edir.
***
ABŞ-ın Dövlət katibi Entoni Blinken dünənki iclasda deyib ki, hazırda Ukraynada anbarlarda 20 milyon ton buğda var, dünyada isə ərzaq təchizatı tükənməkdədir.
Qəzetin bu həftənin bazar ertəsi yazdığına görə, BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna rəsmiləri ilə danışıqlar aparır, Ukraynadan buğda ixracına imkan verəcək dəniz yoluna nail olmaq istəyir. Bunun qarşılığında isə Rusiya və Belarusdan gübrə ixracını asanlaşdırmaq təklif olunur.
Dünyada ərzaq qıtlığı getdikcə daha da pisləşir. 50 milyonadək insanın aclıq astanasında olduğu deyilir. Artıq İndoneziya, Pakistan, Peru və Şri Lankada ərzağın bahalaşmasının iğtişaşlara, etirazlara yol açdığı xəbər verilir.