Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:58 | 20 may 2022 | Cümə
Məqaləyə 1041 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Son 24 saat ərzində Rusiya bombardmanı nəticəsində Ukraynanın şərqi Luqansk vilayətində azı 13 dinc sakin öldürülüb. Bu haqda yerli hakim orqanlar məlumat yayıb. Moskvanın Ukraynanın şərqində intensiv hücumları nəhəng dağıntılara, insan iztirablarına səbəb olur.
Britaniya kəşfiyyatı Moskvanın Mariupol liman şəhərini ələ keçirəndən sonra Donbasdakı hücumu gücləndirəcəyini ehtimal edir. “Azovstal” polad zavoduna sığınmış ukraynalı döyüşçülərin çoxu bu həftə ölkənin şərqində separatçıların nəzarətində olan ərazilərə təxliyə olunub. Rusiya onların təslim olduğunu deyir.
Sievierodonesk şəhərində 12 nəfər öldürülüb. Vilayət qubernatoru Sergey Qayday bu haqda mayın 20-də məlumat yayıb. Bu şəhər, eləcə də Lisiçansk Rusiya qüvvələrinin hücuma keçdiyi ərazidə yerləşir.
***
Prezident Vladimir Zelenski ötən gecə çıxışında deyib ki, Rusiya Ukraynanın Donbas regionunu “tamamilə dağıdıb”. O, Rusiya qüvvələrini mümkün qədər çox ukraynalı öldürmək və çox ziyan vurmaqda ittiham edib, bir daha Rusiyanın soyqırımı törətdiyini vurğulayıb.
“Orada cəhənnəm yaranıb, bu, şişirtmə deyil”, – Zelenski söyləyib.
“Odessa vilayətinə, Ukraynanın mərkəzindəki şəhərlərə daimi zərbələr endirilir. Donbas tamamilə dağıdılıb”, – prezident bildirib.
Zelenski Kiyevdən şimalda yerləşən Çerniqov vilayətində Desna kəndinin mayın 19-da Rusiya raketləri ilə vurulduğunu, xeyli sayda ölən olduğunu deyib. Desna Belarusla sərhədin 70 km-də yerləşir.
Britaniya hərbi kəşfiyyatının mayın 20-də səhər yaydığı məlumata görə, Mariupoldakı “Azovstal” polad zavodunda 1700-dək döyüşçü təslim olub.
“Ancaq zavodda bilinməyən sayda Ukrayna qüvvələri qalmaqdadır”, – Müdafiə Nazirliyinin hər gün yaydığı kəşfiyyat məlumatında deyilir.
Moskva bir gün öncə zavoddakı 1730 ukraynalı döyüşçünün təslim olduğunu bildirmişdi.
***
Britaniya kəşfiyyatı Mariupolu ələ keçirmiş Rusiyanın Donbas sənaye regionunda əməliyyatları gücləndirəcəyini deyir. Amma bu çox vaxt ala bilər, belə ki, Mariupolda Ukraynanın sərt müqaviməti ilə üzləşmiş qüvvələr yenidən təchiz olunmalı, yenilənməlidir.
Ancaq kəşfiyyatın qənaətinə görə, nəticələr göstərmək üçün təzyiq altında olan rusiyalı komandirlər qüvvələri müvafiq hazırlıq görmədən yerləşdirə, bununla da “əlavə itki” riski yarada bilərlər.
Ukraynalıların olduğu mindən çox avtomobilin isə Zaporijya şəhərində Ukraynanın nəzarətində olan əraziyə keçməsinə imkan verilmir.
Regional hərbi administrasiya mayın 20-də bildirib ki, evakuasiya olunmağa çalışan avtomobillər artıq dörd gündür Vasilivka şəhərində Rusiya nəzarət məntəqəsindən keçə bilmir. Maşınlarda qadınların və uşaqların olduğu, onların ərzaq və su üçün pulu qalmadığı deyilir.