«Qəbələ»nin dərdi var?
Qış fasiləsində xeyli futbolçu göndərilməli olduğu halda gələn yenilər də bir qəpiklik oyun göstərə bilmir
ELSEVƏR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni futbolçu Azərbaycana gələ bilər
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
-
Qriqorçukun, yoxsa «Qəbələ»nin nöqsanı?
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
-
«Deyirdilər ki, Qəbələ futbol bölgəsi deyil»
Nail Kərimov: «Azərbaycan üçün nümunə ola biləcək akademiya yaratmışıq»
-
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
-
«Azərbaycan həmişə ürəyimdədi»
Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»
-
Kamran Quliyevə qalan miras
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
-
Yiyəsiz «Zirə»
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Bu oyunda sadəcə, qol çatışmadı»
Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»
-
«Pul israf edilir»
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
-
Təmkinli sürpriz
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
-
«Bizim konkret büdcəmiz var»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
-
Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
-
Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
25-ci turun mərkəzi oyunlarından biri Qəbələdə baş tutdu. Futbolinfo.az xəbər verir ki, burada yerli komanda «Neftçi»ni qəbul etdi və 1:2 hesabı ilə uduzdu.
Əslində oyundan öncə də matçın favoriti bakılılar hesab olunurdu. Çünki son turlarda «Qəbələ» heç də özündə deyil. Elə «ağ qaralar»a qarşı oyun da bunu sübut etdi. Syomin oyundan sonrakı açıqlamasında da bildirdi ki, komandanın bu vəziyyətdə olmasının bir sıra səbəbləri var. Saydığı səbəblər isə bunlar idi – adaptasiya ilə bağlı vəziyyətin normal olmaması, komandanın yeni olması və zədəlilərin çoxluğu.
Amma onun bəlkə xəbəri olub düzəldə bilmədiyi, bəlkə də xəbəri olmadığı səbəblər də var. Komandada əməlli-başlı qruplaşmalar var. Yerli və əcnəbilər heç də yola getmirlər. «Rəvan»la oyunda Elnur Allahverdiyev və Dodo arasında mübahisənin şahidi olmuşduq. Amma futbolçular hər ikisi açıqlamasında bunun gərginlikdən irəli gəldiyini bildirmişdi. Haqlı ola bilərlər. Amma bir məqam var ki, bu qədər azarkeşin önündə iki futbolçu bir-birilə söyüşlə danışırsa, bu, artıq ciddi problemdən xəbər verir.
«Neftçi» ilə oyunda da eyni hal yaşandı. Bu dəfə hadisə iştirakçılarından biri yenə də Elnur Allahverdiyev olsa da, digəri fərqli idi. Leonardo da Silva ilə mübahisə edən millimizin üzvü onunla da söyüşlə danışdı və braziliyalı da cavabını verdi. Mustafa Dənizli «Xəzər Lənkəran»a gələndə ilk dəyişdiyi şey nizam-intizam idi. Amma Syomin daha çox komandaya futbolçu yığmaqla məşğuldu ki, bu futbolçuların da çoxu hücuma meyllidir.
Oyundan sonra Qəbələ Sport oteldə yerliləri ilə söhbət edən Syomin onlara köməyini təklif edirdi. Rusiyadan Qəbələyə gəlib Marat İzmaylov və Syominə dəstək verən fanatlar rusiyalı məşqçi ilə oteldə şirin-şirin söhbət edirdilər. Əslində bu, normal haldı. Amma komandanın bu vəziyyətində onların gəlib güvəndikləri mütəxəssisin komandasının bu vəziyyətdə görmələri və üstəlik Syominin onlarla oyundan dərhal sonra oteldə görüşməsi çox şeydən xəbər verir.
Syomin oyundan sonra bildirdi ki, yeni yaranan komanda ilə heç nə etmək olmaz. Amma biz birinci dövrədə tamam başqa «Qəbələ» görmüşdük. O zaman komandanı daha yaxşı oynatmaq mümkün idi, amma fasilədən sonra «yeni» oldu. Dəyişən nədi ki? Syomin bu sözləri deməkdənsə, vəziyyəti düzəltmək üçün daha ciddi düşünməlidir.
«Ağ-qaralar»a qarşı matçda meydana hücum futbolçu üçün çıxan Syomin heç də bunu bacarmadı. 5 hücuma meylli futbolçunun meydanda olması komandaya baha başa gəldi. Daniel Subotiç, Lenoardo da Silva, Lorenzo Ebesiliyo, Yannik Kamanan və Viktor Mendini meydana buraxan rusiyalı heç bir nəticə görmədi. Hücumameyilli Dodonu dayaq yarımmüdafiəçisi kimi oynadan mütəxəssis onun zədələnməsindən sonra bu mövqeyə futbolçu tapa bilmirdi. Amid Quluzadəni həmin xəttə çəkən baş məşqçi gənc futbolçunun bacarmadığını görüb onu meydandan aldı. Həmin mövqedə isə bu dəfə Lorenzo Ebesiliyo oynamağa başladı ki, hollandiyalı müəyyən mənada vəzifəsinin öhdəsindən gəldi. Komandada bu qədər hücum futbolu oynamağı bacaran futbolçunu saxlayan Syomin arxa xəttin həddən artıq problemli olacağını qış fasiləsində düşünməliydi. Meydana nadir hallarda çıxan Kamananın yerinə dayaq yarımmüdafiəçisi almaq olardı. Ən yaxşı halda «18-lik» üzü görən Lourival Assisin komandada niyə saxlanması hələ də maraqlıdır. Axı nəyə görə belə bir futbolçu hələ də heyətdədir? Mərkəz müdafiəçisi Vladimir Levinin isə qatarının çoxdan getdiyi hər kəsə bəllidi. «Neftçi»nin hücumçuları milliləşdirilmiş futbolçunu uşaq kimi keçirdilər və hər dəfə keçdiklərində də qapı qarşısında təhlükəli vəziyyət yaranırdı. Düzdü, burada yerli məsələsi irad tutula bilər. Amma Nizami Hacıyev və Ruslan Tağızadə meydana daha erkən çıxa bilərdi və komanda üçün daha xeyirli olardı. AZAL-dan qış fasiləsində gətirilən futbolçunu ilk dəqiqələrdə meydanda əvəz edən Nikola Valentiçin bərbad oynadığı göz qabağında idi. Qış fasiləsində komandaya cəlb edilən Davron Erqaşev isə heç «18-liy»ə də düşə bilmir. Amma hər halda tacikistanlı futbolçunun Vladimir Levindən daha yaxşı olduğu heç kimdə şübhə doğurmur. Artıq ulduzu sönmüş Levindən əl çəkmək lazımdı, cənab Syomin.
«Qəbələ» mövsümə iddialı başlasa da, artıq komanda enişdədir və bu gedişlə «qırmızı-qaralar» heç avrokbuokara da gedə bilməyəcək. 3-cü dövrədə yalnız iki qələbə qazanan bölgə klubu bir oyunda autsayder «Sumqayıt»ı məğlub edib, digər oyunda isə heç də layiq olmadığı halda AZAL-a qalib gəlib. Digər bütün oyunlarda xal itkiləri ilə üzləşən Syominin komandasında ciddi dəyişikliklər labüddü. Bütün iddialı komandalara uduzan «Qəbələ» kubokda da çətin ki, mərhələ adlaya. 1/4 finalda Premyer Liqanın lideri ilə qarşılaşacaq qəbələlilərin şansı olduqca az görünür.
«Neftçi» ilə oyunda diqqət çəkən əsas məqamlardan biri azarkeşlərin açdıqları pankartlar idi. Bu pankarlatın planlı bir şey olduğu düşünüləndi. Mahir Şükürov və Araz Abdullayev üçün açılan pankartlarla rəqibə təsir etmək istəyən qəbələlilər istəklərinə nail ola bilmədilər. Hətta Araz üçün mahnı da oxuyan meydan sahiblərinin fanatları onlara təsir edə bilmədi. «Neftçi» öz oyununu oynadı və meydanda «Qəbələ»ni hər bir cəhətdən üstələdi. Layiqli qələbə qazandı. «Qırmızı-qaralar» digər təzyiq vasitələrindən istifadə etmək əvəzinə komanda haqqında düşünsələr, daha yaxşı olar.
Oyundan sonra meydan sahiblərinin futbolçuları Kamran Ağayev və Elnur Allahverdiyev hakimlikdən narazı idilər. Amma Fariz Yusifov normal oyun idarə etdi. Referinin yalnız bir səhvini qeyd etmək olar ki, oyuna az vaxt əlavə etdi. Axı azarkeşlərin meydana kənar əşyalar atması səbəbindən oyunda ən az 5 dəqiqə fasilə yaranmışdı. Yusifov bunu nəzərə alıb matça ən pis halda 6 dəqiqə əlavə etməli idi. Amma o, cəmi 3 dəqiqə əlavə etdi ki, bu məsələdə meydan sahibləri haqlı etiraz etdilər.