vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
13:04 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 1164 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Korlar idarəsi...

... və ya çörəyi çörəkçiyə vermək vaxtıdır!

Rusiyanın RİA Novosti dövlət agentliyinin ria.ru saytının Azərbaycanda bağlanması məlumatına baxmayaraq sayt ölkəmizdə fəaliyyətini azad şəkildə davam edir və çox gözəl açılır. Baxmayaraq ki, Bakının bir neçə məhəlləsində bu sayt ola bilər ki açılmır amma Bakının ətraf kəndləri və rayonlarda bu resurs asanlıqla işləyir və oxuculara "lazımı xidmət" göstərməkdədir...

Erməni separatçılarını dəstəkləyən sayt bloklamayıb. 

Dünyanı və əsasən də bizim həssas regionumuzu son aylar bürüyən bu ciddi siyasi-hərbi vəziyyətdə yalançı hay-küy görəsən kimə lazımdı?

Ümumiyyətlə "bağlamaq" məharəti siyasətindən əl çəkmək lazımdır. Ya "ağıllı" əl bağlayır və ağılsızı açır və ya əksinə edilən hərəkətlərin ziyandan başqa heç bir faydası yoxdur... Daxili Müstəqil mediamızı bağlamaqla nə udduq? İndi bütün dünya rəhbərləri və xüsusi xidmətləri bilir ki, Azərbaycanda media nə yazırsa, kimi vurursa bu rəsmi hökumət mövqeyidir və bu səbəbdən bir çox ciddi dövlətlərarası siyasi problemlər qaynaqlanır. Hətta indiki media mənsublarımız, işdir özbaşınalıq edərək nəsə özündən əlavə etmək istəsə belə, bu xaricdən rəsmi Bakının mövqeyi kimi qiymətləndirilir və zərbə bütün dövlətimizə dəyir, bizə dəyir!

Amma Azərbaycanda Müstəqil media olanda işlər fərqli idi... Başqalarından danışmayacam, amma yalnız ANS Müstəqil Yayım və Media resursları vasitəsi ilə Azərbaycan SSR bayrağının Müstəqil ADR bayrağına dəyişdirilməsi, ölkəmizdən Rusiya qoşunları (o cümlədən Qəbələ RLS-i) və Rus rublunun dövriyyədən çıxarılması, Azərbaycan manatı bərqərar olunması, Qarabağdan Sülh Məramlı SSRİ və Rusiya Qoşunlarının çıxarılması, açıq yayımda olan Rusiya TV-ləri RTR, ORT və digərlərinin Azərbaycan efirindən çıxarılması, bir sıra Azərbaycana qarşı işləyən dövlətlərin və təşkilatlarının cavablarının verilməsi, ifşa edilməsi və yüzlərlə digər kompaniyaları xalqın tələbi və Azərbaycan Dövlətçiliyinə dəstək naminə məharətlə həyata keçirilirdi və qələbə ilə nəticələndi. Bununla  xarici dövlətin mənafelərinin tapdalanmasına baxmayaraq, onların Azərbaycan Dövlətinə qarşı mövqeyi dəyişmirdi. Necə deyərlər fazan ayrı sazan ayrı. Onların mövqeyi Azərbaycana yox ANS-ə qarşı pisləşirdi. Xatırlayıram ki, Çeçen qiyamçılarının başçısı cənab Basayevlə götürdüyümüz müsahibədən sonra Rusiya səfirliyi bizi terrorçu təşkilatı adlandırmışdı və Azərbaycanın XİN-ə nota vermişdi. Bizim XİN-in cavabı çox sadə idi - bu Müstəqil Media qurumudur və demokratik prinsiplərə arxalanan ölkə kimi biz onlara heç nə edə bilmirik, Azərbaycanda SÖZ AZADDIR. Və ən maraqlısı odur ki, buna heç bir ölkənin şübhəsi belə yaranmırdı, əksinə bizə təzyiqlər xaricdən və daxildən yağdırılırdı. Bu Xalqa və onun iradəsinə arxalanan media düsturudur. Vay bunu anlamayanların halına...    

Xalqların firavan yaşamı naminə Dialoq və Münasibətlərin qurulması dövründə yaşayırıq, çox incə və kövrək dünyada yaşayırıq... Hər anın öz hökmü var və bu səbəbdən çəkməni çəkməçiyə və çörəyi çörəkçiyə təhvil vermək vaxtıdır - əks halda problemlər arifmetik proqressiya sürəti ilə inkişaf edəcək, necə ki artıq edir!