
Cəsədlər üzərindən keçən parad ...
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Türkiyə hökuməti Ukraynanın Odessa limanından çıxışı minalardan təmizləmək istədiyini bildirib. “Bloomberg” yazır ki, bundan məqsəd Ukrayna taxılının ixracına yolu açmaqdır. Bu da xəbər verilir ki, Türkiyə bu məsələdə Rusiyanın ilkin razılığını alıb və indi öz sözünü BMT deməlidir.
“Bloomberg” saytının mənbələri bildirirlər ki, Ukrayna bu planı qəbul etmir.
Kiyev bildirir ki, Odessa limanının minalardan təmizlənməsi onu Rusiyanın dənizdən hücumu zamanı müdafiəsiz qoya bilər.
Bu da xəbər verilir ki, iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu plan barədə Ankarada danışıqlar aparacaq.
Ukrayna portlarının blokadadan çıxarılması məsələsi iyunun 6-da Ukrayna və Türkiyə rəsmiləri arasında müzakirə olunub.
***
İyunun 3-də Rusiya prezidenti Vladimir Putin Ukrayna taxılının işğal olunmuş Mariupiol və Berdyansk portları vasitəsilə daşınmasını təklif etmişdi.
Habelə taxılın dəmir yolu vasitəsilə Rumıniya, Polşa və Belarusdan çıxarılması təklif edilmişdi.
Putin bildirmişdi ki, əgər Kiyev farvaterləri minalardan təmizləyərsə, o taxıl yüklü Ukrayna gəmilərinin limanlardan çıxmasına imkan verər.
Putinin sözlərinə görə Moskva bu vəziyyətdən hərbi hücumlar üçün istifadə etməyəcəyinə söz verir.
Rusiya və Ukrayna dünyada istehlak olunan taxılın beşdə birini təchiz edir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə dünyada ərzağın qiyməti artmağa başlayıb.
Ekspertlər bildirirlər ki, yanacaq və ərzağın bahalaşması qalan məhsulları da bahalaşdırır.
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, 43 ölkənin 49 milyonluq əhalisi aclıq təhlükəsi ilə üzləşib.
BMT Rusiyadan taxılın onun limanları vasitəsilə çıxarılmasına icazə verilməsini xahiş etmişdi.
Bu məsələ habelə Fransa prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltsun və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Putinlə telefon danışıqlarında müzakirə olunub.