vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MÜSAHİB  
13:47 | 22 iyun 2022 | Çərşənbə Məqaləyə 4827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərbaycan mühüm rolunu məsuliyyətlə yerinə yetirib”

Robert Sekuta: “Rusiya illər ərzində uzanmış münaqişələrdən təsir göstərmək məqsədilə istifadə edib”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibinin müavinin köməkçisi Erika Olson və ABŞ Dövlət Departamentinin Qafqaz regionunda danışıqlar üzrə müşaviri Endryu Şofer aprelin 27-də Bakıda Azərbaycanda rəsmiləri ilə görüşlər keçirib. Görüşlər zamanı ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafı perspektivləri, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Erika Olson Azərbaycan rəsmiləri ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımları müzakirə edib. Ekspertlər iki ölkə arasında sülhə nail olunması səylərində bu addımların əhəmiyyətini qeyd edir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta müsahibədə ABŞ-ın regionda diplomatik aktivliyi, ABŞ-Azərbaycan əlaqələri, Azərbaycan və Ermənistan arasında sülh prosesi və Azərbaycanın enerji təchizatçısı kimi rolunu şərh edib.

 

– Son iki həftə ABŞ-ın Qafqazda danışıqlar üzrə müşaviri Endryu Şoferin regiona səfəri ilə diplomatik aktivliyin artdığı müşahidə edilir. ABŞ Dövlət katibinin müavininin köməkçisi Olson və Qafqazda danışıqlar üzrə müşavir Endryu Şofer Bakıda Azərbaycan rəsmiləri ilə görüşüblər. Bu görüşlər Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında zirvə görüşünün keçirilməsindən sonraya təsadüf edir. ABŞ və Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında birbaşa qarşılıqlı əlaqələri alqışlayır. ABŞ və Avropa İttifaqının bu səyləri və regionda sülh perspektivləri haqda nə söyləyə bilərsiniz?

– Mən bu müsbət tendensiyaların davam edəcəyinə əminəm. Fikrimcə, son iki həftə, son bir neçə ayda əvvəllər oynadığından daha aktiv rol oynayan Avropa İttifaqının vasitəçiliyi ilə hər iki tərəfdən real addımların şahidi olduq. Düşünürəm ki, ABŞ-ın tərəflərin bir araya gəlməsinə kömək etməsi yaxşı haldır. Düşünürəm ki, Rusiya da buna çalışır, lakin Ukraynada müharibəyə görə onun rolu mürəkkəbdir.

Dövlət katibinin köməkçisinin müavini Olsenin Bakıda olması üç ölkənin oradakı səfirlərinin regional görüşü ilə əlaqədardır. Endryunun bunun üçün orada olması təbii ki, normaldır, o, bundan öncə Ermənistanda olub və orada danışıqlar aparıb. Lakin bir qədər əvvələ getsək, Avropa İttifaqı Şurasının sədri Mişelin səyləri və prezident Əliyev və baş nazir Paşinyanın onunla əməkdaşlığı, bunun ardınca iki ölkənin xarici işlər nazirlərinin prosesi inkişaf etdirmək və işçi qrupun bunu irəli aparmaq üçün səyləri məni çox ruhlandırdı. Bunlar konkret işlərdir. Bu, sadəcə `biz bir araya gələcəyik, bir sülh əldə edəcəyik` demək deyil, bu, real konkret iş deməkdir. Bu, çox mühümdür. Biz bunu görmək istəyirdik. ABŞ hökuməti tərəfindən verilən bəyanatları mühümdür. Baş nazir Paşinyan və prezident Əliyevin bəyanatlar mühümdür.

 

– Birləşmiş Ştatların Cənubi Qafqazda daha aktiv rol oynamaq üçün fəaliyyətini artıracağını gözləyirsinizmi?

– Ümid edirəm ki, bu belədir. Bəlkə bu, sizin sualınızın dəqiq cavabı deyil, amma mən buna ümid edirəm. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi ilə bağlı hazırda regionda baş verənlərlə əlaqədar məni Birləşmiş Ştatlarda narahat edən odur ki, Qərbə və Avropaya olduqca böyük diqqət verilir və bu anlaşılandır. Lakin Rusiyanın cənub sərhədi var, Rusiyanın şərq sərhədi var və biz bütün bunlara diqqət yetirməliyik. Düşünürəm ki, Qafqaz ölkələri, Mərkəzi Asiya ölkələri hazırda həqiqətən çətin vəziyyətdədirlər və Birləşmiş Ştatlar orada olmalı və onlara kömək etmək üçün onların yanında olmalıdır. Onlara nə etməli olduqlarını deyil, vəziyyətləri idarə etməkdə kömək etməlidir.

Mən bilirəm ki, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Dövlət Departamentində və ABŞ hökumətində daha aktiv rol oynamaq, Azərbaycan və Ermənistanı bir-birinə yaxınlaşdırmaq üçün nə edilə biləcəyini nəzərdən keçirmək məqsədilə müəyyən səylər olub. Biz sülh elan edə bilmərik. Bunu yalnız azərbaycanlılar və ermənilər edə bilər və mən iki hökumət deyil, ermənilər və azərbaycanlılar, iki ölkə deyirəm. Lakin biz kömək edə bilərik və kömək etməliyik. Fikrimcə, biz sadəcə orada yeganə səs olmalı deyilik, təkcə biz olmamalıyıq. Amma fikrimcə, ABŞ-ın səyləri, ABŞ-ın `indi sülh əldə etməyin vaxtıdır` deyən səsi olmalıdır. 2020-ci ildə müharibədən sonra vəziyyət çox dəyişib. Biz bunu görürük, Ermənistanda aydındır ki, bu, ağrılıdır, Azərbaycanda isə 30 ildən sonra bu torpaqların qaytarılması fərqli hisslərdir. Amma biz bu faktı nəzərə almalıyıq ki, hər iki ölkədə əhalinin böyük əksəriyyəti 1990-cı illərdə və ya bundan sonra doğulub. Onlar birlikdə yaşadıqlarını xatırlamır. Biz bunu unuduruq. Ona görə də bu prosesi irəli aparmalıyıq. Bunu etməliyik. Bu, uzun, çətin [proses] olacaq, qətiyyət tələb edəcək. 30 ildən artıq davam edən münaqişə 20 dəqiqəyə həll olunmur. Amma biz bunu edə bilərik və həm Yerevanda, həm də Bakıda hökumətlər tərəfindən gələn bəyanatlar məni çox ruhlandırır.

 

– Sizin fikrinizcə, iki ölkə arasında və ümumiyyətlə, regionda uzunmüddətli, davamlı sülh üçün risklər nədən ibarətdir?

– Biz iki tərəf arasında etibar və inamın yaradılması üçün konkret addımları müəyyən etməliyik. Bu, vaxt aparacaq və fikrimcə, bu, hazırda nəzərdən keçirilir. Mən bilirəm ki, iki tərəf arasında qeyri-rəsmi, lakin hökumət nümayəndələrinin apardığı dialoqlar da var. Bunlar çox mühüm dialoqlardır, çünki onların bir-birilərinə ən ağrılı məqamların nə olduğunu tapmağa və bu məsələləri necə həll etməsinə kömək edir. Mənim fikrimcə, ermənilər Azərbaycanda məhbus kimi saxlanan insanlarla bağlı çox narahatdırlar. Azərbaycan isə minalardan olduqca narahatdır. Azərbaycan bu çox böyük ərazini bərpa etməyə çalışır. Fikrimcə, Qarabağ ərazisi Livan ölçüsündədir. Bu, az əhəmiyyətli deyil. Azərbaycanın 10 milyon yarım əhalisinin bir milyonu məcburi köçkünlərdir, onlar evlərinə qayıtmaq istəyə bilər və qayıtmaq istəməyə bilər. Lakin yeni də bu, olduqca mühümdür, xərclər çox böyükdür. Regiona dəyən zərər olduqca ciddidir. Mən orada olmuşam və hər şeyin yenidən qurulmalı olduğu infrastrukturu görmüşəm. Ermənilər üçün, orada yaşayan ermənilər üçün ora onların yaşadığı yerdir və onlar təhlükəsizliklərindən narahatdırlar. Orada qala bilərlərmi? Mədəni irs barədə suallar olacaq. Son 30 ildə nələrin baş verdiyi ilə bağlı suallar olacaq ki, onlar ünvanlanmalıdır. Bunlar ticarət, kommunikasiyalar və iqtisadi əlaqələrin qurulması məsələləridir. Bu, təkcə Azərbaycanla Ermənistan arasında deyil, həm də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində irəliyə doğru bir addım ola bilər. Bu da çox vacibdir.

 

– Səfir Sekuta, Rusiyanın müdaxiləsinə qarşı mübarizədə Ukraynanın qələləbəsinə kömək üçün 40-dan çox ölkədən həmkarı ilə görüş zamanı ABŞ müdafiə naziri Loyd Ostin bildirib ki, müttəfiqlərin məqsədi Rusiyanın qonşularını təhdid edə bilmək qabiliyyətini zəiflətməkdən ibarətdir. Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrinin post-sovet məkanında digər regionlarda, xüsusilə də Qarabağda hansı təsirləri ola bilər?

– Mən müdafiə nazirinin dediklərini ayırd etmək və ya təhlil etməyəcəm, mən hazırda hökumətdə deyiləm. Lakin bunu deyə bilərəm ki, təəssüf ki, Rusiya illər ərzində Qarabağda, Gürcüstanda, Moldovada, ya da indi Ukrayna olduğu kimi uzanmış münaqişələrdən təsir göstərmək məqsədilə istifadə edib. Mən azərbaycanlıların “Qarabağın açarı Moskvadadır” dediklərini eşitmişəm. Rusiya Minsk Qrupu prosesində tərəfdaş idi, lakin o, işlərin yalnız müəyyən nöqtəyə qədər getməsinə imkan verirdi. Bəlkə biz indi bu işləri irəli apara bilərik. Demək istəyirəm ki, daha geniş mənada hesab edirəm ki, Rusiya böyük dövlətdir, dünya qüdrətidir, bu, dünya miqyasında faktor olaraq qalacaq. Lakin biz Rusiyanın konstruktiv rol oynamasını istəyirik. Dünya tarixinə baxdıqda, bir zamanlar aqressiv, dünya miqyasında çox neqativ rol oynayan, lakin indi daha aktiv olan, dinc və təhlükəsiz dünyanın qurulmasında çox müsbət oyunçu olan və dünya boyu insanların həyatını yaxşılaşdıran ölkələrə nümunələr var. Bu, idealist kimi görünə bilər. Diplomatlar bəzən idealist olurlar, amma mən Rusiya tərəfindən də bunu görmək istərdim. Fikrimcə, bunun region üçün böyük faydası olardı. Lakin Rusiya hazırda konstruktiv rol oynamır. Biz onun belə bir konstruktiv rol oynamasını görmək istərdik. Mən düşünürəm ki, vəziyyəti necə dəyişmək olar ki, belə bir siyasətin Moskva tərəfindən gəldiyini görə bilək.

 

– Səfir Sekuta, mənim bir sualım da budur ki, Avropa ölkələrinin Azərbaycana Rusiyaya alternativ qaz təchizatçısı baxdığı şəraitdə Azərbaycanın Avropanın gələcək enerji təhlükəsizliyində rolunun necə olacağını düşünürsünüz?

– Çox mühüm. Amma mən düşünürəm ki, biz həm də bu halda rəqəmlərə, Rusiyadan Almaniyaya, Qərbi Avropaya gələn qazın həcmi ilə bağlı rəqəmlərə baxmalıyıq. Bu, on illiklər ərzində yaranıb. Bu, dərhal dəyişdirilə bilməz. Lakin aydınrdır ki, avropalılar bunu ən tez bir zamanda etməyə çalışır. Rusiyanın Polşa və Bolqarıstana qarşı hərəkətləri onların bunu etməsinə daha çox təkan verir. Enerji düyasında ən mühüm şeylərdən biri və ruslar da deyir ki, `biz məsuliyyətli təchizatçıyq, sizə heç bir şey etməyəcəyik`. Amma gördüyümüz odur ki, ruslar siyasi səbəblərə görə onların xoşuna gəlməyən ölkələr üçün qiymətləri artırır. Fikrimcə, Avropada qaz qiymətləri 600 faiz artıb. Bu, həddindən artıq çoxdur. İndi biz rusların Polşa və Bolqarıstana tədarükünü kəsdiyini görürük, çünki ruslar ödəniş şərtlərini dəyişmək istəyirlər. Azərbaycan əsas rol oynayır və kömək edə biləcək elementlərdən biridir. [Azərbaycan] çox kömək edib, amma mən daha da çox kömək edə və enerji təhlükəsizliyini gücləndirə biləcəyini düşünürəm.

Görüləcək işlərin birincisi, hasilatın artırılması, ikincisi, boru kəmərlərinin keçiriciliyinin artırılmasıdır. Üçüncüsü, gələcəkdə nələrin ediləcəyinə diqqət yetirməkdir, çünki biz həqiqətən bu günün problemi ilə məşğul oluruq, lakin sabah və ondan sonrakı gün gələcək problemlər haqqında düşünməyə davam edirik. Beləliklə, hidrogenin mümkün istehsalı ilə bağlı bəzi müzakirələr gedir. Bakıda üç saniyə qalın, küləyin enerjisini görəcəksiniz. Mərkəzi Asiya və Qafqazda yaşıl hidrogen istehsal etmək qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Onların boru kəmərləri vasitəsilə uzunmüddətli perspektivdə qərbə nəqli vacibdir. Bəlkə böyük həcmdə qaza malik olan Türkmənistanın qoşulması və bu [qazı] nəql etmək yolları tapmaq olar. Azərbaycan və Gürcüstan Avrasiyada nə Rusiya, nə də İrandan keçməyən marşrutdur. Bu, özü-özlüyündə təhlükəsizliyimiz üçün vacibdir. Beləliklə də bəli, Azərbaycanın mühüm rolu var, mühüm rolu olub və bu rolu yaxşı yerinə yetirib və Avropa və qlobal enerji təhlükəsizliyinin qurulmasında bu rolu məsuliyyətlə yerinə yetirib. Mənim azərbaycanlılarla söhbətlərimə əsasən, düşünürəm ki, Azərbaycan daha çox şey etməyə hazırdır. Azərbaycan, Gürcüstan, Türkiyə, ABŞ, Aİ, İtaliya, Balkan ölkələri, Yunanıstan və Albaniya tərəfindən son 30 ildə hazırda mövcud olan və istifadə oluna bilən infrastrukturun qurulması istiqamətində görülmüş işlər var. Əvvəlki söhbətlərdən bilirəm ki, bolqarlar, moldovalılar və başqaları əlavə qaz üçün Azərbaycanı nəzərdən keçirirdi. Buna görə də ümid edirəm ki, bu, həyata keçirilə bilər. Məncə, imkanlar var. Geoloji durum yaxşıdır. Xəzərin o biri tərəfində rusiyalılar və onların istifadə etdiyi kəmərlə bağlı problemi olan Qazaxıstan və qazın Qərbə nəqli üçün Türkmənistanla nə ediləcəyinə baxmaq lazımdır. Beləliklə də, bəli, enerji təhlükəsizliyi açıq şəkildə gündəmdədir, indi biz iki istiqamətə baxmalıyıq, bunlardan biri indi, digəri isə gələcək illərdə nə edilməlidir, çünki biz iqlim problemlərini nəzərə almaya bilmərik.