Aİ-nin mövqeyi yekdil görünür
“Qısa müddətdə namizəd statusu vermək onsuz da inqilab olar”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Avropa İttifaqı liderləri cümə axşamı və cümə günü önəmli sammit keçirəcəklər. Belə görünür ki, onların gündəmindəki əsas məsələ, yəni Ukraynanın ittifaqa namizədliyinin təsdiqlənməsi baş tutacaq. Görüş Ukraynada müharibə səbəbilə Avropa ilə Moskva arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.
Avropa İttifaqı sammitinə saatlar qaldığı bir vaxt, hazırda Aİ Şurasının prezidentliyinə malik Fransa Kiyevin namizədlik müraciətini müsbət qiymətləndirib.
Fransanın Avropa naziri Klemant Bon deyib ki, Aİ ölkələrinin nümayəndələri arasında müzakirələr nəticəsində bunun lehinə “güclü konsensus” var. İndi o deyib ki, artıq liderlər cümə axşamı Ukrayna ilə bərabər Moldova və Gürcüstanın da namizəd statusu üzərində rəsmi olaraq səs verməlidirlər.
Kiyev 27 üzvlük ittifaq mümkün qədər tez bir zamanda daxil olmaq üçün çox çalışır. Avropa İttifaqının bəzi ölkələri, o cümlədən Portuqaliya və Danimarka daha öncə öz şübhələrini ifadə edib. Ancaq ötən həftə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen öz güclü dəstəyini bildirib.
“Ukraynalılar Avropa perspektivi uğrunda ölməyə hazırdırlar. Biz onların bizimlə birlikdə Avropa xəyalını yaşamalarını istəyirik”, – von der Leyen deyib.
Ancaq Aİ liderlərinin Ukraynanın müraciətini sürətləndirmək çağırışına razı olmaq ehtimalları azdır. İttifaqa qəbul olunmaq illər, bəlkə də onillər çəkə bilər.
“Düşünürəm ki, Ukrayna üçün sürətləndirsək, bu, artıq bir müddətdir namizəd statusunda qalan Balkan ölkələri üçün bir cür çaxnaşmaya səbəb olacaq”, – Avropa Xarici Münasibətlər Şurası siyasət institutunun Paris ofisinə başçılıq edən Tara Varma deyib.
“Məncə avropalılar bunun necə həll edəcəkləri barədə çox diqqətli olmalıdırlar”, – Varma deyib. “Düzünü desəm, bu cür qısa müddətdə namizəd statusu vermək onsuz da inqilab olar”.
Fransa isə bu arada Ukrayna və Aİ üzvü olmayan digər ölkələr vasitəçi birlik yaratmağa çalışır.
Bu həftə keçirilən sammit Aİ-nin ən güclü üç üzvü olan Fransa, Almaniya və İtaliya, habelə Rumıniya liderlərinin Ukraynaya səfərlərindən sonraya təsadüf edir. Onlar Ukraynaya daha çox silah göndərməyi vəd ediblər ki, bu Ukrayna ilə aralarında gərginlik mənbəyidir.
Avropa İttifaqı liderləri diqqətəlayiq birlik nümayiş etdirərək müharibə səbəbilə Rusiyaya güclü sanksiyalar tətbiq etməyə razılaşsalar da, Avropa vətəndaşları bunun iqtisadi təsirlərini hiss edirlər.
Bundan əlavə sammitdə ittifaqın Moskva ilə pisləşən münasibətləri müzakirə olunacaq. Rusiya son bir həftədə daha çox Aİ ölkələrinə, əsasən Fransa və Almaniyaya təbii qaz ixraclarını kəsib. Rusiya həmçinin Aİ və NATO üzvü Litvanı Rusiyanın anklavı olan Kalininqrada bəzi malların dəmir yolu ilə tranzitinə blokadası səbəbilə təhdid edib.
Bu arada isə Aİ-nin xarici siyasət üzrə rəhbəri Cozef Borrell Rusiyanın dünyanın bəzi yoxsul ölkələri üçün kritik olan Ukraynanın buğda ixracına tətbiq etdiyi blokadanı müharibə cinayəti adlandırıb.